Namazda "subhanə rabbiyyəl alə" sözlərindən sonra qeyd etdiyim duanı oxuya bilərəmmi?

    28.04.2019
Kimdən: 
Famil
Sual: 
Salam aleykum.3 defe Subhene Rabbiyel ela dedikden sonra Subhehenke Allahumme Rabbene va bihemdike Allahummeğfirli demek olar 1 defe?
Cavab: 
Və aleykum Salam. Bəli, qeyd etdiyiniz şəkildə deyə bilərsiniz. Aişə (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) namaz qılarkən hər səcdə və rükusunda "Subhanəkə Allahummə Rabbənə və bihəmdikə, Allahummə-ğ'firli - Ey bütün nöqsanlardan uzaq Allahım! Rəbbim Sənə həmdlər olsun! Allahım məni bağışla!" deyərdi. (Səhih əl-Buxari, 1/99; Səhih Muslim, 1/350). Həmçinin oxuyun:
Müsəlman qalası: Rükuda edilən dualar
Müsəlman qalası: Səcdədə edilən dualar
Paylaş: