Ərim özünü boşaldır və mənə yaxınlaşmır...

    30.06.2019
Sual: 
Salam menim erim ozu ozun bosaldir men ola ola oz oznu bosaldir bu islamda ne derecede duzdu ozu de namaz qilandi.
Cavab: 
Və aleykum Salam. Qadının kişi üzərində olan haqlarından biri də kişinin onunla ailə həyatını yaşaması və yaxınlıq etməsidir. Bunu etməyən kişi qadının haqqına girərək qul haqqı kimi böyük günahla yüklənir. Qiyamət günü zalımın savabları zülm etdiyi insanlara veriləcək və ya onların günahını öz boynuna götürəcək. Həmçinin, Uca Allah bu ayədə özünü boşaltmağı qadağan edərək buyurur: "Möminlər, həqiqətən də, nicat tapmışlar; O kəslər ki, namazlarında mütidirlər? O kəslərdir ki, sözbazlıqdan qaçırlar, O kəslərdir ki, zəkat verirlər, O kəslərdir ki, öz cinsi orqanlarını (həmişə) qoruyurlar, Zövcələri və sahib olduqları cariyələr istisnadır. Onlar (buna görə heç) qınanmazlar. Bundan artığına can atanlarsa həddi aşanlardır". (əl-Mu'minun, 1-7).  Bu barədə ərinizə nəsihət edin və Allahdan qorxmağı tövsiyə edin. Həmçinin, bu cavabları oxuyun:
Paylaş: