əl-Bəqərə surəsinin 104-cü ayəsinin izahı nədir və səcdədə dua edib namazı davam etdirmək olarmı?

    25.07.2019
Kimdən: 
Cəsarət
Sual: 
1.Salam aleykum Quran kitabında Bəqərə 104 Ey iman əhli"raina"deməyin "unzurna"deyin cumləsinin mənasını xaiş edirəm yazasız. 2.Deyillər səcdədə edilən dua tez qəbul olur izah edin xaiş edirəm mən yalnız fərz namazları qılıram sünnələri qılmıram məsələn sübh namazı qılıram və səcdəyə gedib sübhanə rəbbiyəl əla dedikdən sənra başımı səcdədən qaldırmadan Allaha dua edərək onna kömək istəmək olarmı sonra yenidən namazı davam etdirmək çox xaiş edirəm Allah rizası üçün suallarımı cavablandırın əvvəlcədən minnətdaram Allah sizdən razı olsun Amin in şa Allah
Cavab: 
Və aleykum Salam. 1. Qeyd etdiyiniz ayədə Uca Allah buyurur: "Ey iman gətirənlər! Peyğəmbərə: "Bizə qayğı göstər!"– deməyin; "Bizə nəzər yetir!"– deyin və (Allahın əmrini) eşidin! Kafirləri ağrılı-acılı bir əzab gözləyir". (əl-Bəqərə, 104).
Ayənin təfsirində deyilir ki, dini öyrənmək istəyən müsəlmanlar Muhəmməd Peyğəmbərə (salləllahu aleyhi və səlləm) müraciət edib belə dedilər: "Qayğımıza qal! Vəziyyətimizi nəzərə al!" Onlar bu sözləri pis niyyətlə söyləmirdilər. Lakin yəhudilər müvafiq ərəb ifadəsində pis məna gördülər. Hər dəfə yeri düşdükdə, onlar bu sözə pis məna verərək Muhəmməd Peyğəmbərə söyləyirdilər. Buna görə, Uca Allah möminlərə bu ifadəni işlətməyi qadağan etdi ki, onun mənasının təhrif olunmasına yol verilməsin. Uca Allah buyurur: "Yəhudilərdən bəziləri kəlmələrin yerini dəyişdirir, dillərini əyərək və dinə tənə vuraraq: "Eşitdik və asi olduq!", "eşidilməyəni eşit!", "bizə qayğı göstər!" -  deyirlər. Əgər onlar: "Eşitdik və itaət etdik!", "eşit!", "bizə nəzər yetir!" - desəydilər, əlbəttə, onlar üçün daha xeyirli və daha doğru olardı. Lakin Allah küfrlərinə görə onları lənətlədi. Onlar olduqca az inanırlar (yaxud onların yalnız az bir hissəsi iman gətirir)". (ən-Nisa, 46).
əl-Bəqərə surəsinin 104-cü ayəsi sübut edir ki, yol verilmiş əməl qadağan olunmuş fəaliyyətə səbəb olarsa, o, qadağan olunur. Bu ayə müraciətlərdə nəzakət qaydalarına riayət etməyin və yanlış məna ifadə etməyən sözlərdən istifadə etməyin nə dərəcədə zəruri olmasını xüsusi olaraq vurğulayır. Habelə, nalayiq yozula bilən sözlərdən imtina etməyə çağırır. Buna görə Uca Allah müsəlmanlara aydın və yanlış mənaya yozulması mümkün olmayan ifadələr işlətməyi əmr edir. Həmçinin, Uca Allah müsəlmanlara dinləməyi də əmr edir, lakin məhz nəyi dinləməyi dəqiqləşdirmir. Bu o deməkdir ki, onun hökmü Quran ayələrində və Peyğəmbərin səhih hədislərində göstərildiyi kimi möminlərin eşitməli və yerinə yetirməli olduğu nə varsa, hamısına aiddir. Bu ayə nəzakət qaydalarına riayət etməyi və Allaha müti olmağı buyurur. (Abdurrahman Nasir ibn Sə'di, "Müqəddəs Quranın Təfsiri", əl-Bəqərə surəsinin izahı).

2. Hər bir namazın səcdəsində "Subhənə Rabbiyəl-A`lə" zikrini söylədikdən sonra başınızı qaldırmadan istədiyiniz qədər dua edib namaza davam edə bilərsiniz. Səcdədə edilən dua haqqında Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurmuşdur: "Bəndənin səcdəsi Rəbbinə ən yaxın olduğu məqamıdır, ona görə də səcdədə duanı çoxaldın". (Muslim, 782). Həmçinin, oxuyun:

Teqlər: 
Paylaş: