Yuxuda cunub olduğunu görən, lakin paltarına heç nə bulaşmayan qüsl almalıdırmı?

    30.06.2019
Sual: 
Salam mən orucam hemdə namaz qiliram amam yuxuda qördumki qutariram ama paltarima hecnə dəymeyib mu qusulumu pozurmu
Cavab: 

Və aleykum Salam. Əgər yuxudan durduqdan sonra paltarınıza heç nə dəymədiyini görmüsünüzsə, qüslunuz pozulmayıb. Dəlil isə bu hədisdir: Ummu Sələmə (Allah ondan razı olsun) rəvayət edir ki, Ummu Süleym Peyğəmbərin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) yanına gəlib dedi: "Ya Rəsulullah! Allah haqqı deməkdən həya etməz. Qadın pol­lyu­siya (yuxuda ikən sperma axıtmaq) ha­lına düşdükdə qüsl etməlidirmi?" Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurdu: "Bəli, əgər su gö­rüb­sə (məni axıdıbsa,) etməlidir!" Ummu Sələmə (utandığından) üzünü yaş­maq­la örtdü və: "Ya Rəsulullah! Heç qadın da pollyusiya halına düşə bilər­mi?" - deyə soruşdu. Pey­ğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) dedi: "Əlbəttə, (düşə bilər). Ay yazıq! Belə olmasa, övladı ona necə oxşaya bilər?" (Səhih əl-Buxari, 130). Həmçinin oxuyun:
Yuxuda cunub olmaq barədə
İnsan hansı hallarda cünub olmuş sayılır?
Cinsi əlaqə olmadan ehtiras hissi qüslu pozurmu?
Qüsl necə alınır və onu pozan amillər hansılardır?

Teqlər: 
Paylaş: