Hər gün Allaha dua edənin namaz qılması vacibdirmi?
Sual:
Salam.men allahima o qeder inaniramki.dostumdu,sirdasimdi,ruhumdu,inandigim,shukr etdiyim,umudum,penahimdi.bir gun onunla dansmasam rahatliq tapmiram.her gun dua edirem.dini movzular oxuyuram.ozumnen asili olmur dua eden zaman agliyiram.hemisede yalvariram meni dine imana getir.cox namaz qilmaq istiyirem.amma nedense o cesaretim yoxdu.bir revayet vare deyir coban namaz qilir oz bildiyi kimi allah onu qebul edir.indi menim namaz qilmagim sertdirmi??
Cavab:
Və aleykum Salam. Namaz elə bir ibadətdir ki, bu ibadəti həddi buluğa çatmış, ağlı başında olan hər bir müsəlman yerinə yetirməlidir. Bir insan Allahı sevdiyini deyirsə, bunu Ona ibadət edib namaz qılması və göndərdiyi Peyğəmbərinə (sallahu aleyhi və səlləm) itaət etməsi ilə göstərməlidir. ِUca Allah bu xüsusda buyurur: "De (Ey Muhəmməd): "Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah Bağışlayandır, Rəhmlidir"" (Ali İmran, 31).
Allahı sevdiyini deyib Onun əmrlərini yerinə yetirməyən və Peyğəmbərinə tabe olmayanın iddiası doğru deyildir. Həmçinin, bunları oxuyun: