Cənazənin üzərinə örtülmüş parçaya toxunduqda qüsl alınmalıdırmı?
Sual:
Salam. Xaiş edirem cavab vererdiz. Eger menim olen adamin ustune ortulen parçaya ayağim ve ya elim deyse, men meyid qusulu almaliyammi? Parça mundar sayilirmi? Zehmet olmasa etrafli yazardiz. Cox sag olun
Cavab:
Və aleykum Salam. Meyitə toxunan paltar, parça və ya hər hansı bir əşya murdar sayılmır. Şəriətdə murdar olduğu bildirilən şeylərdən başqa hər şey pak sayılır, ona görə də hər bir şey üçün ayrıca dəlil tələb etmək doğru deyil. Həmçinin, meyitə və yaxud meyitin üstünə örtülmüş parçaya toxunduqda da qüsl almaq vacib deyil. Sadəcə meyitin özünə toxunduqda qüsl almaq müstəhəbdir (bəyənilən əməldir). Həmçinin oxuyun: