İki və üç rükətli namazda təşəhhüd necə deyilir və əl-İxlas surəsi neçə dəfə oxunur?
Sual:
Salam. 2ve 3ruketli namazda tesahuf nece deyilir ? Ve 2ruketli namazda ixlas suresi nece defe oxunur?
Cavab:
Və aleykum Salam. Təşəhhüdü nəzərdə tutursunuzsa, təşəhhüd iki rükətli namazlarda yalnız axırıncı rükətdə, üç rükətli namazlarda ikinci və üçüncü, dörd rükətli namazlarda isə ikinci və dördüncü rükətlərdə deyilir. Daha ətraflı:
Təşəhhüddən sonra Peyğəmbərə səllallahu aleyhi və səlləm oxunan salavat
Axırıncı təşəhhüddən sonra, salamdan qabaq edilən dua
Namazda əl-Fatihə surəsindən sonra əl-İxlas və ya əzbər bildiyiniz istənilən surə və ayəni oxuya bilərsiniz. Hər rükətdə bir dəfə oxumaq kifayətdir. Həmçinin oxuyun:
Namazda Fatihə surəsindən sonra Ayətul-Kursini oxumaq olarmı?
Namazda Fatihədən sonra hansı surələri oxumaq lazımdır?