Camaat namazında imamın səsini eşitməyən nə etməlidir?

    30.06.2019
Kimdən: 
Elvin Məhəmmədov
Sual: 
Əssalamu aleykum.Məni iki dəfə maşın vurmuşdu.Məni maşın vuranda başım yerə dəyimşdir.indi qulağıma səs az gəlir.mən camaat namazında imamın səsini eşitmirəm.qulağıma səs az gəlir. Nə etdim.
Cavab: 

Va aleykum salam. İlk öncə Allahdan sizə şəfa diləyirik. Uca Allah bu müsibəti günahlarınız üçün kəffarə etsin! Əmin! Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun!) demişdir: "Uca Allah buyurur: "Mömin bir qulumu bəlaya düçar etdikdə o, Məni həmd edərək düçar etdiyim bəlaya səbr etsə, yata­ğından anadan doğulduğu gündə olduğu kimi xətalardan (təmizlə­nərək) ayağa qalxar". Uca Rəbb qoruyucu mə­lək­lərinə buyurur: "Həqiqə­tən, Mən bu qulumu əməl etmək­dən saxlayıb bəlaya düçar etdim. Bundan əvvəl sağlam ikən (etdiyi əməllərə bərabər) yazdığınız əcr qədər onun üçün mükafat yazın!" (ət-Tabərani "Mu'cəmul-Əvsat", 4709. Həsən hədisdir).
Suala gəlincə isə cavab belədir: İmamın səsini eşitməməyin namazın səhihliyinə təsir etmir. Əsas odur ki, imama uyub camaatla birlikdə namazı düzgün yerinə yetirəsən. Namazın hərəkətlərini imamdan tez və ya gec etməyəsən. Bunun üçün isə ətrafında olanların hərəkətlərinə diqqət etmək kifayətdir. Əgər namaz səssizdirsə, namazın sözlərini deyin. Əgər səsli namazdırsa imam oxuyan zaman səsini eşitməsəniz belə sakit durun. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun!) demişdir: "İmam ona tabe olmaq üçün təyin edilir, ona görə də ona müxalif olmayın. O təkbir etdikdə təkbir edin, rüku etdikdə, rüku edin. O, oxuduğu zaman isə siz susun". (əl-Buxari: "Salət", 18; Muslim: "Salət", 77, 82). Hərəkətlərdə imamı qabaqlamaq isə haramdır.  Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun!) demişdir: "Başını imamdan öncə qaldırdan şəxs qorxmurmu ki, Allah onun başını eşşək başına, yaxud surətini eşşək surətinə çevirər". (əl-Buxari, 691). Həmçinin, bu sualların cavablarına qayıdın:
Camaat namazı
Camaat namazı necə qılınır?
Səsli camaat namazında imamın arxasındakılar Fatihə surəsini oxumalıdırmı?

Teqlər: 
Paylaş: