Əxlaqsız şəkillərə baxdıqda namaz qəbul olunurmu?
Va aleykum salam. Əxlaqsız şəkillərə və videolara baxmaq günahdır. Bu cür günahlara səhlənkar yanaşaraq davamlı şəkildə etməyin günahı daha böyükdür. Bu günahdan yenə tövbə edib Allahdan bağışlanma diləyin! O ki qaldı namazın qəbul olunub-olunmamasına, əgər namazın şərtləri, rüknləri və vacibləri yerinə yetirilirsə, namaz qəbul olunur. Bəzi günahlar vardır ki, namazın və duanın qəbul olunmasına mane olur. Məsələn, falçının yanına gedib ondan nəsə soruşanın qırx gün namazı qəbul olunmur. Həmçinin, haram qida yeyənin duası rədd oluna bilər. Lakin sizin qeyd etdiyiniz günahın namazın və ya duanın qəbul olunmasına mane olması barədə şəriətdə hər hansı bir səhih dəlilə rast gəlinməmişdir. Həmçinin oxuyun:
Dəstəmazı və namazı batil edən hallar
Duaların qəbul olması üçün nə etmək lazımdır?
Əxlaqsız fotolara və ya videolara baxmaq olar?
Günahlar nəticəsində namaz qəbul olunmaya bilərmi?