Bütün namazları səsli oxumaq günahdırmı?

    05.11.2019
Kimdən: 
Anonim
Sual: 
Salam Aleykum, mənim sizə bəzi suallarım var 1) Mən cinsiyyət orqanımdan məzi gəlməsinə görə ehtiyat edirəm və hər namazdan əvvəl cinsiyyət orqanımı yuyub dəstəmaz alıram (alt paltarımı da təmizləyirəm) bunları etməyib dəstəmaz alsam günah etmiş olaram? 2) Mən namaz qılarkən qarıxıram, bəzən biraz dayanıb düşünüb namazıma davam edirəm , içimdə şübhə yaranır ki, namazı səhv qılıram, bir də ki namazda bir sözü duruxub bir də demək olar? Bəzən namazımı dayandırıb təzədən başlayıb qılıram :/ 3) Mən bütün namazlarımı səsli qılıram,bu günahdırmı?
Cavab: 

Və aleykum Salam.
1) Məzi gəlməsi dəstəmazı pozur və özü də nəcis sayılır. Yəni, paltara düşdükdə təmizlənməsi lazımdır. Lakin əgər cinsiyyət orqanından məzinin gəlməsini tez-tez müşahidə olunur və bu xəstəlik halını alırsa, bu halda namazın vaxtı girdikdə bir dəfə yuyunub dəstəmaz almaq kifayətdir. Növbəti namazın vaxtı girənə qədər məzi gəlməsi dəstəmazı pozmur, hətta namaz əsnasında gəlsə belə. Bu barədə oxuyun:
Yel çıxması xəstəlik halını alarsa, namaz batil olurmu?
Dəstəmazı tez-tez pozulan adam necə namaz qılsın? 

Yox, əgər məzinin gəlməsi tez-tez müşahidə olunmur və xəstəlik halını almırsa, bu zaman yalnız məzinin gəldiyini gördükdə cinsiyyət üzvünü yumaq kifayətdir və hər namaza görə cinsiyyət üzvünü yumağa ehtiyac yoxdur. Əli ibn Əbu Talib (Allah ondan razı olsun) rəvayət edir ki, məndən tez-tez məzi axır­dı. Utandığımdan Miqdadı (radıyəllahu anhu) Peyğəmbərin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) yanına göndərdim ki, (bunun hökmünü) on­dan so­ruş­sun. O, (bunun hökmünü) Peyğəmbərdən (salləllahu aleyhi və səlləm) soruşduqda o: "Belə olduqda, övrət yerini yusun və dəstə­maz alsın!”– deyə buyurdu. (Səhih əl-Buxari, 132).

2) Namaz qılarkən şübhələrin gəlməsi şeytanın vəsvəsələridir. Bu vəsvəsələrə fikir verməyin. Şeytan bu yolla sizin namazınıza xələl gətirmək istəyir. Bu barədə daha ətraflı bu linklərdən oxuyun:
Namazda fikrin yayınmaması üçün nə etmək lazımdır?
Şeytanı və onun vəsvəsələrini uzaqlaşdıran dua
Şeytanın namazda verdiyi vəsvəsələrə görə insana günah yazılırmı?

3) Peyğəmbərimiz Zöhr və Əsr namazlarını səssiz, Sübh, Məğrib və İşa namazlarının ilk iki rükətini isə səsli qılırdı. Bütün namazları səsli qılmaq namazları batil etmir və günah sayılmır, lakin belə etmək Peyğəmbərin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) sünnəsinə uyğun deyil. Həmçinin oxuyun:
Səhvən səssiz namazları səsli qılmaq namazı batil edirmi? 

 

Teqlər: 
Paylaş: