Şeytanın namazda verdiyi vəsvəsələrə görə insana günah yazılırmı?

    09.10.2019
Kimdən: 
Gunay
Sual: 
Salam.Allah sizden razi olsun bilmediklermizi oyredirsiz.sualim buduki namazda neqeder butun fikrimi toplayib namaz qilsamda seytan meni cashdirir.4Ruketli namazin 2-ci ruketinde oturmaqi unuduram yada Fatihe suresin demediymi sanib ixlas suresinden sora fatihe oxuyuram.bilmirem nedise hergun bu hal mende tekrar olunur.1anliqda olsa cashdirir meni.bunun ucun gunah dasiyirammi?birde bunu sorushum qismet deyilen sey duzdurmu yeni men herkese qarsi cixib usaqmi xarice mualiceye aparsaydim o yenemi olecekdi?ya hekimlerin diqqetsizliyi oldu?bu haqda xahish edirem genis yazardiz.men allahin qismetine inaniram amma deyrem belke daha cox calishsaydm basqa olkede yasayardimi?cox yaniram balamdan otru
Cavab: 

Va aleykum salam.

1) Sualda qeyd etdiyiniz hallar şeytanın vəsvəsələridir. Buna görə insana günah yazılmır. Şeytan namazda və digər ibadətlərdə bu cür vəsvəsələr verərək insanın fikrini Allaha ibadət etməkdən yayındırmaq istəyir. Rəvayət olunur ki, bir dəfə Osman ibn Əbu əl-Asdan (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salamı və salavatı olsun) yanına gələrək belə dedi: "Ey Allahın Rəsulu! Şeytan qiraətimi və namazımı xuşu ilə oxuyub qılmağıma mane olaraq məni çaşdırdı və şəkkə saldı. Peyğəmbər isə ona belə cavab verdi: "O, Xinzəb adlı Şeytandır. Əgər onu hiss edərsənsə, "əuzu billəhi minəş-şeytanir-racim" (məlun şeytandan Allaha sığınıram) deyərək ondan Uca Allaha sığın və üç dəfə sol tərəfinə yüngülcə tüpür!". Səhabə deyir: "Belə etdim və Uca Allah da onu məndən uzaqlaşdırdı". (əl-Buxari, 3282; Muslim, 2610).

Xuşu namazda mütilik, Allahdan qorxaraq qəlbin Ona yönəlməsi deməkdir. Daha ətraflı bu sualların cavablarını oxuyun:

Namazda fikrin qarışmaması üçün nə etmək lazımdır?

2) Qismət, alın yazısı Allahın qəzavü-qədəri mənasını ifadə edir. Qədərə iman gətirmək hər bir möminə vacibdir. Onsuz imanın şərtləri tamamlanmış sayılmır. Qəzavü-qədərə iman Uca Allahın məxluqatı yaratmamışdan əvvəl Öz əzəli elmi və hikməti ilə kainatda baş verəcək hər şeyin müqəddəratını müəyyən etməsinə iman gətirməkdir. Bu barədə daha ətraflı bu sualların cavablarında oxuyun:


Teqlər: 
Paylaş: