Eyni qüslu təkrar-təkrar niyyət edib almaq olarmı?

    07.11.2019
Kimdən: 
Qadın
Sual: 
Salam eleykum. Təşəhhüddə oturarkən əşhədü əllə la ilahə illallah və və əşhədü ənnə muhammədən abduhu və rəsuluhu, deyəndə şəhadət barmağa baxırıq,bəs ondan sonra gələn allahummə barik sözləri,gözümüzü yerə dikirik yəni daha şəhadət barmağımıza baxmırıq? 2)Eyni qüsulu hamamdaykən təkrar təkrar niyyət edib almaqda bir qəbahət varmı?
Cavab: 

Va aleykum salam.
1) Təşəhhüddən sonra deyilən salavat və dualar da şəhadət barmağına baxaraq deyilir. Həmçinin oxuyun:

2) Niyyət etmək insanın hər hansı bir ibadəti və ya əməli yerinə yetirmək istəməsidir. Niyyəti dilə gətirməyə və ya qəlbində təkrar-təkrar təsdiqləməyə ehtiyac yoxdur və belə etmək bidət (dində sonradan uydurulan yenilik) sayılır. Qüsl almaq və digər ibadətləri yerinə yetirmək istədikdə, heç bir söz demədən edilir. Həmçinin oxuyun:

Qüsl alarkən nə vaxt niyyət etmək lazımdır? 

Qüsl necə alınır və onu pozan amillər hansılardır?

Teqlər: 
Paylaş: