İtə toxunsam, qüsl almalıyammı?
Sual:
Salam aleykum namaza teze baslamisam bilmey isterdim it mundardi meslen it eyagima deyse paltarima deyse qusul almaliyam ya nece etmneliyem
Cavab:
Va aleykum salam. İt öz-özlüyündə murdar sayılmır. Murdar olan itin ağız suyudur. Bu səbəbdən itə toxunmaq dəstəmazı və ya qüslu pozmur və paltarı da natəmiz etmir. Yalnız əgər itin ağız suyu dəyərsə, o yeri yumaq lazımdır. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Birinizin qabını it yalayasa, o qabı təmizləmək istədikdə, onu biri torpaqla olmaqla, su ilə yeddi dəfə yusun". (Muslim, 279).
Alimlər torpaq əvəzinə istənilən təmizləyici vasitə istifadə etməyin icazəli olduğunu demişlər. Həmçinin oxuyun: