Zina edən insanın namaz qılmasının mənası varmı?
Və aleykum Salam. Allahdan qorxaraq tövbə edin, Qiyamət günü zinakarları dəhşətli əzab gözləyir. Zinadan qorunmaq üçün səmimi tövbə etmək, sizi bu əməldən uzaqlaşdırması üçün Allaha dua etmək və zinaya aparan amillərin hamısından uzaq durmaq lazımdır. Daha ətraflı:
Zina və ondan necə qorunmaq haqqında
Haram sevgini necə unutmaq olar?
Zina etmiş insan necə tövbə etməlidir?
Ərimi sevə bilmirəm, nə edim?
Günah etmək səbəbi ilə ümidsizliyə qapanaraq namazı tərk etmək səhvdir, çünki, heç bir halda Allahın rəhmətindən ümidi üzmək olmaz. Uca Allah buyurur: "Qullarıma mənim bu sözümü de: "Ey Mənim özlərinə qarşı həddi aşmış qullarım! Allahın rəhmindən ümidinizi üzməyin. Şübhəsiz ki, Allah bütün günahları bağışlayır. O, həqiqətən, Bağışlayandır, Rəhmlidir!" Əzab sizə gəlməmişdən öncə Rəbbinizə üz tutun və Ona itaət edin. Sonra sizə heç bir kömək olunmaz". (əz-Zumər, 53-54).
Ona görə də yenidən namaza başlayın, çünki, namaz çirkin işlərdən çəkindirir. Uca Allah buyurur: "Kitabdan sənə vəhy olunanları oxuyub namaz qıl. Həqiqətən, namaz çirkin və yaramaz işlərdən çəkindirir". (əl-Ənkəbut, 45). Daha ətraflı: Namaz qılmağın qaydası - VİDEO