Namazı qılıb bitirdikdən sonra qüsülsüz olduğunu bilənin namazı sayılırmı?

    19.01.2020
Kimdən: 
Rasul
Sual: 
Salam.Boynumda cənabət qüslu var idi.Niyyət edərək dedim ki qüsl alıram Qürbətən İllallah (Bilirəm ki niyyəti də səhv etmişəm)Qüsl alıb,sabahısı sübh namazına durdum və qıldım.Və daha sonra müəyyən etdim ki qüslum sən demə pozulubmuş və mən bilməmişəm.Bilməyə-bilməyə dəstnamaz alıb sübh namazın qılmışam.Namaz batil sayılırmı? Və məcburam evə gedəndə yenidən qüsl alım digər qəzaya gedəcək namazları qılım!Sübh namazım günah və batil asyılırmı?
Cavab: 

Va aleykumus-sələm.

Əvvəla bunu qeyd edək ki, dəstəmaz və ya qüsl alarkən niyyəti dilə gətirmək düzgün deyil. Həmçinin digər ibadətlərdə də belədir. Niyyət, qəlbdən keçən istəkdir. Niyyət barədə daha ətraflı bu linklərdən oxuyun:

Niyyəti dil ilə deməyin bidət olduğuna dair hər hansı bir əsasınız varmı?

Niyyət etmək bidətdirmi?

Əgər qüsl aldıqdan sonra qüslünüz təkrar pozulmuşsa və siz bilmədən dəstəmaz almısınızsa bu halda qıldığınız namaz düzgün sayılmır. Bu namazı və bu halda qıldığınız bütün namazları bir-bir yenidən qılın. Lakin, bunu bilmədən etdiyinizə görə sizə günah yazılmır. Həmçinin oxuyun:

Paylaş: