Namazda təşəhhüd oxuyarkən sol ayağın sağ ayaq üzərində olması namazı batil edirmi?

    30.01.2020
Kimdən: 
Namiq
Sual: 
Salam Aleykum Təşəhhüd selamlari derken sol ayag sağın usdunde olmagi Namazi batil edir ?
Cavab: 
Va aleykumus-sələm. Təşəhhüd deyərkən sol ayağın sağ ayaq üzərində olması namazı batil etmir, lakin belə oturuş sünnəyə uyğun deyil. Namazda düzgün oturuş sağ ayağının pəncəsini şaquli vəziyyətdə saxlayıb, sol ayağını büküb üstündə oturmaqdır. Lakin əgər belə oturuş narahtlıq yaradırsa, bu halda sizə rahat olan vəziyyətdə otura bilərsiniz. 

Abdullah rəvayət edir ki, o, Abdullah ibn Ömə­rin (Allah onlardan razı olsun) namazda oturanda ayaqlarını çarpaz qoyduğunu görərdi. (Abdullah deyir ki:) "O vaxt cavan idim deyə mən də belə etdim, lakin Ab­dullah ibn Ömər (Allah ondan razı olsun) (bunu) mənə qadağan edib dedi: "Namazda (Sünnəyə mü­va­fiq qaydada) oturmaq (üçün) sağ ayağının pəncəsini şaquli vəziyyətdə qoymalı və sol ayağını büküb üstündə oturmalısan". Mən dedim: "Axı sən belə edir­sən". O dedi: "Ayaqlarım məni saxlamır (deyə belə edirəm)". (əl-Buxari, 827). Həmçinin oxuyun:

Teqlər: 
Paylaş: