Heyz halında olan qadınla yaxınlıq etmədən ehtirası söndürmək olarmı?

    17.04.2020
Kimdən: 
Nnnnn
Sual: 
Salam aleykum, 1) ci sual qardas qadin ve kisi oz cinsi isetklerini qadinin heyz halinda yaxinliq Allah (c.c) buyurdugu yerden yaxinlasmaq sertile natamam olmaqla yeniki paltarda gunah olurmu.
Cavab: 

Va aleykumus-sələm. Heyzli qadınla cinsi əlaqədə olmaq qadağandır. Lakin, cinsi əlaqədə olmadan, paltar üzərindən və ya başqa cür kişinin qadından həzz alması icazəlidir. Uca Allah buyurur: "Səndən heyz barəsində soruşurlar. De: "Bu, əziyyətverici bir haldır. Heyz vaxtı qadınlardan (cinsi əlaqədən) kənar olun və pak olmayınca onlarla yaxınlıq etməyin. Onlar təmizləndikdən sonra isə Allahın sizə buyurduğu yerdən onlara yaxınlaşın”. Şübhəsiz ki, Allah tövbə edənləri də sevir, pak olanları da". (əl-Bəqərə, 222).
İbn Kəsir bu ayənin təfsirində demişdir: "Uca Allah buyurur: "Heyz vaxtı qadınlardan kənar olun", yəni cinsi əlaqədə olmaqdan çəkinin, çünki hədisdə Peyğəmbərin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) belə dediyi rəvayət edilir: "Heyzli qadınlarla cinsi əlaqədən başqa (şəriətin icazə verdiyi qaydada) hər şey edə bilərsiniz". (Səhih Muslim, 302, 455, 720). 
Bu səbəbdən İslam alimlərinin əksəriyyəti heyzli qadına cinsi əlaqədən başqa hər cür yaxınlaşmanın icazəli olduğunu demişlər. Əbu Davud İkrimədən rəvayət etmişdir ki, Peyğəmbərin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) bəzi zövcələri demişlər: "Peyğəmbər heyz olan zövcəsi ilə (cinsi əlaqəyə girmədən) yaxınlıq etmək istədikdə, onun övrət yerini paltarla örtərdi". (Əbu Davud, 272). Həmçinin oxuyun:
Heyzli qadına cinsi yaxınlıq edənin hökmü
Heyz qanı gəlməsə, yaxınlıq etmək olar?
Nəyə görə heyz olan qadınla cinsi əlaqəyə girmək olmaz?

Paylaş: