Əsr namazının vaxtı girdikdə Zöhr namazı qəza olurmu?

    29.08.2020
Kimdən: 
Allah qulu
Sual: 
Assalamun Aleykum.Zohr namazıni qilmamisamsa Esr namazının vaxtı gelibse Zohr namazı qeza sayılırmı?yoxsa nece.Eger mumkundurse Allah rızasına xatir bu musterek vaxtlarla elaqedar xususen siz mene izah ederdiniz.Allah razı qalsın.Ve AleykumeSelam
Cavab: 

Və aleykumus-Sələm. Uca Allah qullarına gün ərzində beş vaxt namaz fərz etmişdir və bu namazların hər biri üçün vaxt müəyyən etmişdir. Uca Allah buyurur: "Həqiqətən, namaz mömin­lərə bəlli vaxtlarda fərz edilmişdir". (ən-Nisa, 103). Zeyd ibn Əsləm demişdir: "Yəni, müxtəlif vaxtlarda fərz olmuşdur. Birinin vaxt bitdikdə, digərinin vaxtı girir". Sübh namazı istisna olmaqla, bir namazın vaxtı yetişdikdə, əvvəlki namazın vaxtı bitir. Sübh namazının vaxtı isə dan yeri söküləndən Günəş çıxana qədərdir. Üzrlü səbəb olmadan bu namazların vaxtını keçirmək olmaz. Üzr dedikdə isə səfərdə olmaq, yatıb qalmaq, unutmaq və s. bu kimi ciddi səbəblər nəzərdə tutulur. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Yatmaq səhlənkarlıq deyildir, səhlənkarlıq namazı o biri namazın vaxtı girənədək qılmamaqdır. Kimin başına belə bir iş gəlsə, (namazı unutsa və ya yatıb qalsa) namazı xatırlayan kimi və ya oyanan kimi qılsın". (Səhih Muslim, 681).
Başqa bir hədisdə Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) buyurur: "Kim bir namazı unudar, yaxud yatıb qalarsa onun kəffarəsi yadına düşən kimi namazı qılmaqdır". (Səhih Muslim, 684). 
Üzrsüz səbəbdən namazın vaxtını keçirən böyük günah qazanır, həm də bu namazı itirmiş sayılır. Buna görə də əgər Əsr namazının vaxtı girmişsə, demək ki, Zöhr namazının vaxtını keçirmisiniz. Buna görə tövbə edib Allahdan bağışlanma diləyin və nafilə namazları artırırn. Həqiqətən yaxşı əməllər günah əməlləri silir. Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Tövbə özündən əvvəlki günahları silir". (İmam Əhməd, 4/199, 204-205). Həmçinin oxuyun:
Səfər namazı necə qılınır?
Qəzaya qalan namazlara necə niyyət edilir?
Hansı hallarda namazları qəzaya saxlamaq olar?
Namazları qəzaya saxlamaq günahdır?

Teqlər: 
Paylaş: