"Həyatın yaşam sığortası" İslam dininə görə haladırmı?
Salam aleykum. Əvvəla bunu qeyd edək ki, dinimiz sığortanı qadağn edir. Bu barədə daha ətraflı oxuyun: İslamda sığorta halaldırmı?
Digər tərəfdən "Həyatın yaşam sığortası" sığortadan çox faizli bank əmanətinə oxşayır. Müştəri müqavilə bağladıqdan sonra şərtlərə əsasən hər ay əmək haqqının müəyyən hissəsini sığorta şirkətinə ödəyir. Müştəri vəfat etdikdə müqavilədə nəzərdə tutulmuş sığorta pulunu onun ailəsi alır. Haidisə baş vermədikdə isə müqavilə başa çatandan sonra müştəri yığılan pulları əlavə faizləri ilə birlikdə geri alır. Bu isə şəriətin qadağan etdiyi sələmdir. Pulu faizlə banka qoymaqla, bu sığorta arasında demək olar ki, heç bir fərq yoxdur. Sadəcə adı dəyişdirilib. Bu səbəbdən bu növ sığorta həmçinin sələm xarakterli olduğu üçün haram olması daha da şiddətlidir. Banka faizə pul qoymağın haramlığı barədə ətraflı oxuyun:
Pulu bankda üzərinə faiz gələn depozit hesabına qoymaq olarmı?
Sələm – Faiz
Sələmin hökmü