Şəhvət hissindən qorunmaq və şəriətə uyğun toy etmək haqqında

    04.08.2020
Kimdən: 
Gunahkar qul
Sual: 
Salam aleykum Mende sehvet hissi çox gucludur hetda 1ve 4cu gunler orux Itutandada o hissler mene rahatliq vermir. Bezen masturbasiya edirem ama mecburam ozumu gucle qoruyuram zinadan Indi sualim odurki men cahil toyu etmeyim üstündür ya dozub dua edibb Valideyinlerin hidayət olunmasin gozlemek? Valideyinlər cahildir ve toyuda ozlerine uygun etmək iseyirler ve deirler toydan sonra istəyirsen saqqal da saxla soz veririk falan sozler deirler insaAllah buna bi cavab Yazarsiz birdeki 3 nəfərə namaz qiliriq azandan evel iqame verilibse azan verile biler? Umumen azan vacibdir?
Cavab: 

Aleykum salam.
1) Əvvəla Uca Allahdan valideynlərinizə hidayət diləyirik! Bu məsələdə ən doğru olan budur ki, siz münasib zövcə tapana və şəriətə uyğun toy edənə qədər səbir edib özünüzü haramlardan qoruyasınız. Allaha çoxlu dua edin ki, valideynlərinizi islah etsin və sizi haramdan qorusun, çünki qəlblər Allahın əlindədir. O cümlədən masturbasiya etməkdən də çəkinməlisiniz. Çünki bu, şəriət tərəfindən qadağan olunmuş bir əməldir. Bu barədə ətraflı oxuyun:
Masturbasiya etməyə icazə verilirmi?
Masturbasiyanı necə tərgitmək olar?

Əgər həftədə iki gün oruc tutmaq sizə şəhvət hisslərinizi cilovlamaq üçün azlıq edirsə, o zaman oruc tutmağı artırın. Həmçinin, özünüzü göz zinasından qoruyun, çünki şəhvət hisslərinin yaranmasının əsas səbəbi göz zinasıdır. Həmçinin oxuyun: Şəhvət hissini necə cilovlamaq olar?

Valideynlərinizin sizdən cahil toyu tələb etməsinə gəlincə, bu işdə onlara itaət etməməlisiniz. Uca Allah buyurur: "Əgər onlar bilmədiyin bir şeyi Mənə şərik qoşmağın üçün səni məcbur etməyə cəhd göstərsələr, onlara güzəştə getmə! Dünyada onlarla gözəl davran...". (Loğman, 15). Valideynlərinizə içkinin və musiqinin haram olmasını izah edin və onlara xoşbəxtliyin məhz Uca Allaha itaətdə olduğunu bildirin. Eyni zamanda özünüzə əməlisaleh bir zövcə axtarın. Evlənmnəyə əməlisaleh zövcə tapdıqdan sonra valideynlərinizə bu barədə xəbər verin və onları bu qadını sizin üçün almağa qane etməyə çalışın. Onların sizə qoyduğu şərtlərlə razılaşmayın. Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Yaradana asilikdə (qarşı çıxmaqda) yaradılmışlara itaət etmək olmaz". (İmam Əhməd, 1095). Lakin, bununla bərabər valideyn haqlarını da unutmayın və onlarla kobud danışmayın, çünki onlar sizə bu məsələdə asiliyi əmr etmiş olsalar belə valideyn haqları sizin üzərinizdən düşmür. Həmçinin oxuyun: Allaha asi olan və övladına zülm edən valideynə münasibət necə olmalıdır?

2) Əksər alimlərə görə camaatla (1 nəfərdən artıq) qılınan namazda azan və iqamə vacibdir. Əgər bir camaat azan vermədən iqamə vermişlərsə, sonra namazı qılmamışdan əvvəl azan vermədiklərini xatırlayarlarsa, azan verməlidirlər, sonra yenidən iqamə verməlidirlər. Əgər namazı qıldıqdan sonra xatırlayarlarsa, namazları doğrudur və unutduqlarına görə günah qazanmırlar. Həmçinin oxuyun:
Namazdan əvvəl azan və iqamə vermək vacibdirmi?
Azan və iqamə oxumağın savabı haqqında

Teqlər: 
Paylaş: