Çox dua etməklə Allahı bezdirirkmi?

    26.08.2020
Kimdən: 
Məmmədova
Sual: 
salam menim bir oğlandan çox xoşum gelir 20 yaşım var, namaz qılıram Quran oxuyuram ve namazda ondan bir xeber çıxsın deye eyer xeyirli insan olacaqsa gelsin deye dua edirem ancaq sonra Allahı bezdirirem deye qem yeyirem, düz dua mı edirem? sehv dua deyil ki?
Cavab: 
Və aleykum Salam. Uca Allah bizə Ona dua etməyi buyurur və Ona dua etməyənə qəzəbi tutduğunu bildirir. Uca Allah bu xüsusda buyurur: "Qullarım səndən Mə­nim barəm­də soruşsalar, sözsüz ki, Mən on­lara ya­xı­nam, Mənə yalva­ra­nın dua­­sını yalvardığı vaxt qə­bul edə­rəm. Gərək onlar da, Mə­nim ça­ğı­rışımı qəbul etsinlər və Mənə iman gətirsinlər ki, doğru yola yö­nəlsinlər". (əl-Bəqərə, 186).
Başqa bir ayədə buyurur: "Rəbbiniz buyurdu: "Mənə dua edin, Mən də sizə cavab ve­rim. Hə­qiqə­tən, Mənə ibadət etmə­yə təkəbbür gös­tə­rənlər Cə­hən­nəmə zə­lil ola­raq girə­cək­lər". (Ğafir, 60). Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) buyurur: "Allah Ona dua etməyənə qəzəbi tutar". (Sunən ət-Tirmizi, 3373). Odur ki, Allaha çox dua etmək yaxşı əməldir və duanı təkrar-təkrar etmək onun qəbul olunmasına səbəbdir. Həmçinin Allahdan sizin üçün xeyirli olanı diləyin. Çünki ola bilsin sizin çox istədiyiniz bir şeydə zərər var. Uca Allah buyurur: "Ola bil­sin ki, sev­mədiyiniz bir şey si­zin üçün xeyirli, sevdi­yi­niz bir şey isə sizin üçün zə­rərli olsun. Allah bilir, siz isə bunu bilmir­si­niz". (əl-Bəqərə, 216). Bilin ki, etdiyiniz dualar cavabsız qalmayacaq. Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) buyurur: "Hər bir müsəlman günah və qohumluq əlaqələrinin kəsilməsini tələb etmədən dua edərsə, Allah Təala ona bu üç şeydən birini mütləq verər: Ya istədiyini tezliklə verər, ya Qiyamət gününə saxlayar (Qiyamət günü savabı verilər), ya da ki, etdiyi duasına bərabər olan bəlanı ondan uzaqlaşdırar. Səhabə dedi: Onda (duanı) çoxaldaqmı? Peyğəmbər (salləllahu aleyhi və səlləm) dedi: Allah daha çox əta edən və cavab verəndir". (İmam Əhməd, 3/18; Sahihul-Ədəbil-Mufrad" 574). Həmçinin oxuyun:
Dua edib istəməyimə görə Allah məndən bezər?
Allah Ona edilən dualardan bezirmi?
Teqlər: 
Paylaş: