Namaza yeni başlayanın bir sözü təkrar deməsi namazı batil edirmi?
Sual:
Salam. Namaza teze gelmisem . Yani yeni qiliram. Bezi vaxtlar ele olur ki bir sozu 2 ve ya 3 defe dedim deye yadimnan cixir şubhe eleyirem namazi dayandirib tezden qiliram, ya ele olur davam edirem. Ne edim? Namazi tezden qilim? Ya ehtiyac yoxdu? Vesvesedi?
Cavab:
Və aleykum Salam. Namaza təzə başlayan insanın namaz qılarkən səhvlərinin olması labüddür. Bu cür səhvlər bağışlanandır və sizin namazınızın doğruluğuna təsir etmir. Belə səhvlərə görə namazı yenidən qılmağa ehtiyac yoxdur. Namazda səhvlərə yol verməmək üçün namazı tam öyrənənə qədər bir müddət namazın sözlərini vərəqə yazıb əlinizdə tutub vərəqdən oxuyaraq da qıla bilərsiniz. Bu cavabları oxuyun:
Namazda fikrin qarışmaması üçün nə etmək lazımdır?
Namazın sözlərini səhv dediyinə şübhə edərək təkrar demək namazı batil edirmi?
Namazın sözlərini səhv deyəndə namaz batil olurmu?