Bakirə olmayan qadınla ailəsindən xəbərsiz nikah bağlamaq olarmı?

    27.08.2020
Kimdən: 
Elofset
Sual: 
Qadin evli olmuyup ama qiz uwagda deyil bu haldan hec kimim xeberi yoxdu qadinin 35 yawi var hemen qadinla kebin baglamag olar hec kimin xeberi olmasin ancag qadin birde bey
Cavab: 

Salam aleykum. Qadının bakirə olub-olmamasından asılı olmayaraq vəlisinin (ata, qardaş, baba, əmi və s.) xəbəri olmadan kəsilən kəbin batildir. Belə ki, kəbinin düzgün sayılması üçün qadın tərəfdən vəli, iki şahid və kişi iştirak etməlidir. Peyğəmbər (Allahın ona vəa iləsinə salavatı və salamı olsun) belə buyurub: "Himayədar (vəli) tərəfindən nikahı bağlanmayan qadının nikahı batildir, nikahı batildir, nikahı batildir". (İbn Məcəh, 1879). Başqa rəvayətdə deyilir: "Himayədar (vəli) və iki ədalətli şahid olmadan bağlanan nikah düzgün deyil". (İbn Hibban, 305/1247). Kişidə isə ailəsinin bilməsi şərt deyil, lakin onların bilməsi daha yaxşıdır. Kəbin bağlamağın şərtləri barədə daha ətraflı oxuyun:

Teqlər: 
Paylaş: