Namaz vaxtı girdikdən sonra heyz olduğunu görən qadın həmin namazı qəza etməlidirmi?

    29.08.2020
Sual: 
Esselemu aleykum.Namaz girib ve qadın gedir namaza hazırlaşmaga. Görür ki, heyz olub. Bu zaman namazı qeza etmelidir? Allah razı olsun.
Cavab: 

Və aleykum Salam. Əgər qadın namaz vaxtı yeni girdikdə heyz qanını gördüsə və ya namaz əsnasında heyz oldusa, dərhal namazı saxlamalıdır və sonradan bu namazı qəza etməli deyil. Əgər qadın namazın vaxtı girdikdən sonra heç bir üzr olmadan bilə-bilə namazı gecikdirmişsə və namazın vaxtı çıxana yaxın heyz olduğunu görmüşsə, bu halda bu namazı təmizləndikdən sonra qəza etməlidir, çünki əgər vaxtında qılsaydı heyz olana qədər yetişərdi. Həmçinin oxuyun:
Qadın heyz olduqdan sonra namazların qəzasını qılmalıdırmı?
Aybaşı qurtardıqdan sonra buraxılan namazlar qəza edilirmi?
Heyz halında namaz qılmaq olarmı?
Qadın heyz halında nələri edə bilməz?

Teqlər: 
Paylaş: