Aybaşı qurtardıqdan sonra buraxılan namazlar qəza edilirmi?

    23.12.2014
Kimdən: 
Səadət
Sual: 
Qadınlar keçmişde öten namazlarını nece qaza etmelidiler aybaşı olan vaxtların namazını ödemelidimi ve nece niyet etmelidiler
Cavab: 

Aleykum salam. Heyz (aybaşı) və nifas (doğuşdan sonra axan qan -- ən uzun müddəti qırx gün olur) olan qadın buraxdığı günlərin qəzasını qılmır. Həmçinin islamda keçmiş illərin qəza namazları anlayışı yoxdur. Namaz qılan müsəlman çalışmalıdır ki, namazları vaxtlı-vaxtında qılsın. Əgər vaxtilə buraxdığınız namazlar olubsa, buna görə Uca Allahdan bağışlanma diləyin və bundan sonra namazları buraxmayın. Uca Allah buyurur: "Namazları və (günortadan sonrakı) orta namazı qoruyun və Allah qarşısında mütiliklə durun". (əl-Bəqərə, 238). Daha ətraflı: 
Heyz halında namaz qılmaq olarmı?
Keçmiş illərin qəza namazları qılnmalıdır?
Qəzaya qalan namazlara necə niyyət edilir?

Paylaş: