Namazı həvəssiz qılmaq namazı batil edirmi? Müctəhidlər İmam Zamanla danışa bilirmi?

    22.10.2020
Sual: 
Salam Aleykum Namazi hevessiz qilmaq namazi batil edir? Muctehidler Imam Zamanla danisa bilirler?
Cavab: 
Aleykum salam.
1) Namazı həvəssiz qılmaq namazı batil etməsə də savabını azaldır. Namazı həvəssiz qılmaq imanın zəifliyinin əlamətidir. Bunun üçün imanı artırmaq və namazda diqqəti cəmləmək üçün şəriətdə buyurulan əməlləri etmək lazımdır. Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Ən pis oğru namazından oğurluq edəndir". Səhabələr soruşdular: "Ey Allahın Elçisi, insan namazından necə oğurluq edər?" Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) dedi: "Rükusunu və səcdəsini tam yerinə yetirməməklə". və ya: "Rükuda və səcdədə belini düz tutmamaqla". (İmam Əhməd, 5/310; əl-Hakim, 1/229). Həmçinin bu şeytanın vəsvəsəsi də ola bilər. Bir hədisdə Aişə (Allah ondan razı olsun) demişdir: "Mən Peyğəmbərdən (Allahın ona və ailəsinə salavatı və salamı olsun) namazda o tərəf-bu tərəfə bax­maq barədə soruşdum. O dedi: "Bu, şeytanın (Allah) bəndəsinin na­mazın­dan xəlvətcə götürüb apardığı oğurluq bir şeydir". (Səhih əl-Buxari, 751). Həmçinin oxuyun:
2) Yəqin ki, İmam Zaman dedikdə Qiyamətə yaxın çıxacaq Mehdini nəzərdə tutursunuz. Mehdi hələ dünyaya gəlməyib, çünki Peyğəmbərimizin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) bizə bildirdiyi qiyamətdən əvvəl baş verəcək hadisələr hələ baş verməyib. O, Qiyamətə yaxın bir vaxtda yer üzünü ədalətsizlik və zülm bürüyəcəyi zaman üzə çıxacaq və orada ədaləti bərqərar edəcəkdir. Onun adı Peyğəmbərin (salləllahu aleyhi və səlləm) adı kimi, atasının adı da Peyğəmbərin (salləllahu aleyhi və səlləm) atasının adı kimi olacaq. Yəni, onun adı Muhəmməd ibn Abdullah olacaq. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Ərəblərə əhli beytimdən olan bir kişi rəhbərlik etməyincə, dünya dağılmayacaqdır. Onun adı mənim adım kimi, atasının adı isə mənim atamın adı kimi olacaq. Yer üzündə zülm və ədalətsizlik hökm sürdüyü bir zamanda o, hər yerdə ədaləti və düzgünlüyü bərqərar edəcək". (Əbu Davud, 4282). Hələ dünyaya gəlməmiş bir insanla necə danışmaq olar? Bu fikir sözsüz ki, yanlışdır. Daha ətraflı:
Teqlər: 
Paylaş: