Namazda fikrin yayınması namazı batil edirmi?
Sual:
Salam. Men namaz qilanda fikrim cox yayinir. Calisiram fikrimi namaza yoneldim ve beynim fikrim namazin sozlerinin duzgun deyilmesinde ve teleffuzunde olur. Ve beynim namazda olur ama ureyim namazda olmur . Yani tam qelbimnen qilmiram. Pis oluram bele olanda , plan doldururem sanki sozleri duz deyim fso. Ama ureyim qelbim namazda olmur. Herden olur herden yox. Bele hal olsa tezeden namazi qilmaq lazimdi goresen? Batil olur ureksiz qilinan namaz? Yoxsa bu vesvesedi? Xais eleyirem cavab vererdiz
Cavab:
Aleykum salam. İslam alimləri qeyd etmişlər ki, adətən iki sinif insanın namazda fikri yayınır. Birincisi: namazda sözlərin düzgün oxunuşuna diqqət edənin, ikincisi isə sözlərin qrammatik təhlilinə diqqət edənin. Namazda fikrin yayınması namazın səhihliyinə xələl gətirməsə də, namazın savabını azaldır. Bu namazı yenidən qılmağa ehtiyac yoxdur. Belə halların baş verməməsi üçün namazın sözlərinin mənalarını düşünmək lazımdır. Həmçinin oxuyun:
Namazda fikrin qarışması günahdırmı və namazda fikrin yayınmaması üçün nə etmək lazımdır?
Xuşu nədir və necə əldə edilir?
Namazı batil edən amillər
Namazda bəyənilməyən əməllər hansılardır?