Yırtıq paltarla namaz qılmaq olarmı?

    30.11.2020
Kimdən: 
Camal
Sual: 
As Salamu Aleykum. 1)Yırtıq şalvar və ya köynəklə namaz qılmaq olar? 2)Məscidin yanında qalıram,elə vaxt olur Sübh Azanını gec verillər, mən Naamzı qıldıqdan 3-5 dəqiqə sonra Azan verilir, Namaz batildir? Ümumiyyətlə evin yanında məscid olan Azanın səsiylə getməlidir? ya vaxtnan?
Cavab: 
Aleykum salam.
1) Namazın şərtlərindən biri də paltarın övrət yerini örtməsidir. Övrət dedikdə, kişilərdə dizlə göbək arası olan hissə, qadınlarda isə biləklərə qədər əllər və üz istisna olmaqla hər yeri nəzərdə tutulur. Bundan əlavə kişilərə çiyinləri açıq namaz qılmaq da bəyənilmir. Allah Rəsulu (Ona Allahın salavatı və salamı olsun) demişdir: "Sizdən biriniz çiyinləri olmayan bir paltarda namaz qılmasın!" (Buxari, 359; Muslim, 516). Daha ətraflı:
Ümumiyyətlə namaza durarkən təmiz və gözəl paltarda durmaq lazımdır. Xüsusilə də məscidlərə gedərkən. Uca Allah bu xüsusda buyurur: "Ey Adəm oğulları! Məs­cid­lərə ge­dər­kən gözəl geyim­lə­rinizi ge­yin. Yeyin-için, lakin is­raf et­mə­yin. Şübhəsiz ki, Allah israf edən­ləri sevmir" (əl-Əraf, 31). İbn Kəsir bu ayənin təfsirində deyir: "Bu və bu mənada olan ayələr dəlalət edir ki, namaza, xüsusilə də Cümə və Bayram namazlarına gedərkən gözəl libaslar geyinmək, ətir vurmaq və dişləri misvakla təmizləmək müstəhəbdir. Ən gözəl libas isə ağ geyinməkdir. Necə ki hədisdə Peyğəmbər demişdir: "Ağ rəngdə libas geyinin! Sağlığınızda ağ libas geyinin. Həmçinin, ölülərinizi də ağ kəfənə bürüyün. Çünki ağ geyim libaslarınızın ən xeyirlisidir". (Əbu Davud, 4061. ət-Tirmizi, 944). Həmçinin oxuyun: Camaat namazı
 
2) Əgər namazı təqvimdə göstərilən vaxta əsasən qılmısınızsa, namazınız doğrudur. Məscidlərdə namazın gec verilməsi sizin namazınıza xələl gətirmir, çünki adətən məscidlər məzhəblərdən asılı olaraq Sübh namazının vaxtını gec verirlər. 
Məscidə yaxın ərazidə yaşayıb azanı eşidən adamın namazlarını məsciddə camaatla qılması vacibdir. Məscidə yaxın ərazidə yaşayan yalnız xəstəlik kimi üzrlü səbəblərə görə camaat namazını tərk edə bilər. Lakin bu o demək deyil ki, evdə qıldığı namazlar doğru deyil. Evdə qıldığı namazı da doğrudur, lakin səbəbsiz yerə camaat namazını tərk etdiyinə görə günah qazanır. Daha ətraflı: İslam fiqhi: Camaat namazının hökmü 
Teqlər: 
Paylaş: