Namazları birləşdirib üç dəfə qılıram, bu günahdırmı?

    06.10.2020
Kimdən: 
Mən
Sual: 
Salam bilmey isteyirem ki zohr ve esr,sam ve isa namazlarini birlewdirib qilmag olarmi men birlewdirib qiliram bunun gunahi varmi??
Cavab: 
Va aleykum Salam. Uca Allah bizə gün ərzində beş vaxt namaz buyururb və bu namazların hər birini öz vaxtında yerinə yetirməyi əmr edib. Uca Allah buyurur: "Həqiqətən namaz, mömin­lərə müəyyən vaxtlarda fərz edilmişdir". (ən-Nisa, 103). Üzürlü səbəb olmadan namazların vaxtını keçirmək və ya tezləşdirmək günahdır. Yalnız xəstəlik və ya digər zəruri hallarda adət halına salmamaq şərti ilə namazları birləşdirməyə icazə verir. Bu cavabları oxuyun:
Teqlər: 
Paylaş: