Namazın adları və vaxtları barədə məlumat verə bilərsinizmi?
Sual:
salam zöhr esr isa namazları cas bas qalmisam gunde nece defe namaz qilinir adları necedi vaxtları necedi namazin butun sözlərini bilirem ama adları və vaxtlarını bilmrem xahis edrem mene köməy edin namazıma baslayım
Cavab:
Va aleykum Salam. Gün ərzində beş vaxt namaz var. Bu namazlar: Sübh - dan yeri söküləndən gün çıxana qədər. Zöhr - günəş zenitdə olandan sonra. Əsr - axşamçağıya doğrudan gün batana qədər. Məğrib - gün batan kimi. İşa - günəşin işartısı gedəndən gecə yarısına kimi. Fərz namazları bütün müsəlmanlara gündə beş dəfə vacib buyurulan namazlardır. Gündəlik namaz vaxtlarına zikr.az ana səhifəsində baxa bilərsiniz. Həmçinin bu cavabları oxuyun:
Namaz qılmağın qaydası - VİDEO
Namaz gündə üç dəfə, yoxsa beş dəfə qılınmalıdır?
Zöhr namazının vaxtı ilə bağlı hədisi mənə izah edin...
Zöhr namazını gecikdirib Əsr namazının vaxtında qılmaq olarmı?
Fərz namazları hansılardır?