Zina etmiş qadın zina etdiyi kişi ilə kəbin kəsdirə bilərmi?

    11.10.2020
Sual: 
Salam 1.evlilikdən öncə zina etmiş bir qadın zina etdiyi kişi ilə evlənə bilərmi? 2. Əgər atası ölmüş bakirə olmayan qadının kəbin üçün anasının razılığı olsa bəs edir mi? Qeyd edim hər iki sual hər iki tərəf subaydır. Zəhmət olmasa düzgün cavablandırardınız. Çünki bir çox mənbələr yazır ki haramdır. Hər iki tərəfdən birk tövbə etmiş olsa belə? Təşəkkülər öncədən
Cavab: 

Va aleykum Salam. 
1) Əgər hər ikisi tövbə edib Allahın yoluna qayıdarlarsa, kədirə bilərlər. Daha ətraflı:
Zina etdiyim insanla kəbin kəsdirə bilərəmmi?
Zina etdiyim insanla tövbə edib ailə qursam bağışlanarammı?
Zina və ondan necə qorunmaq haqqında

2) Qadın bakirə olmasa belə kəbin kəsdirmək üçün mütləq vəlisinin (atası, qardaşı, əmisi, babası və s. ata tərəfdən qohumları) izni və iki şahid olmalıdır. Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Hər hansı bir qadın, vəlisinin izni olmadan nikah bağlayarsa, onun nikahı batildir, onun nikahı batildir, onun nikahı batildir...". (İbn Macəh, 1524). Daha ətraflı: 
İslama görə ərə gedən qızın vəlisi kimlər ola bilər?
Nikah bağlamağın qaydaları

Qadının vəlisi yoxdursa, qadına kim vəli olmalıdır?

Teqlər: 
Paylaş: