Körpə uşağım olduğu üçün namazları 1-2 ay saxlaya bilərəmmi?

    22.10.2020
Kimdən: 
Meleyke
Sual: 
Allahin salami olsun. Menim yeni anadan olmuş korpem var mene maraqlidirki 40-miz çıxandan sonra Namaza yeniden başlayacam eger men Namaz qilarken korpem aglasa Namazi dayandıra bileremmi? Namazlar birge onun ehtiyaclarini qarsilyaya bilmemekden qorxuram(( ne etmeliyem? Namazi 1-2-3ay gecikdire bilermmi? Uwaq biraz boyuyene kimi?
Cavab: 

Va aleykum Salam. Uca Allah körpənizi qorusun və onu əməlisaleh qullarından etsin! Suala gəlincə, qadın uşaq dünyaya gətirdikdən sonra qadından gələn qan nifas qanı sayılır. Nifas halında qadın namazlarını saxlayır. Bu qanın gəlmə vaxtı ən çoxu 40 gündür. Lakin 40 gündən tez də kəsilə bilər. Qan kəsildikdən sonra qadın qüsl edib namazlarına başlamalıdır. Daha ətraflı: Uşaq dünyaya gələndən nə qədər vaxt sonra qadın namaza başlamalıdır?

Namazı körpə uşaq olduğuna görə dayandırmaq olmaz. Dinimiz hər bir vəziyyətdə ibadətləri yerinə yetirmək üçün rüxsətlər qoymuşdur. Çalışın uşaq yuxuda olduqda namazları qılasınız. Həmçinin namazları çox uzatmaya bilərsiniz. Əgər namaz əsnasında uşaq ağlayarsa və uşağa zərər toxunacağından qorxsanız namazdan çıxaraq sonra qıla bilərsiniz. Həmçinin oxuyun:
İki azyaşlı uşağım olduğu üçün hərdən namaz qıla bilirəm, nə edim?
Namaz qılıb tərk edən yenidən namaza necə qayıda bilər?
Zərurətdə namazı birləşdirmək olarmı?

Teqlər: 
Paylaş: