Həmzə Peyğəmbərin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) süd qardaşı olubmu?
Sual:
Salam aleykum.sehifeniz gözeldir.Allah razı olsun.1)Hemze peyğemberimizin emisi olmaqla yanaşı süd qardaşı idi?
2)Men hemişe namazda dualarımı namazın axırıncı rüketinin axırıncı secdesinde edirem.düzmü edirem.3)Namazda salamda evvel dua etmek olarmı? 4)el açıb Allaha dua ederken gözler hansı terefe baxmalıdır göye yoxsa ellere?.5)Aybaşıdan evvel 1-2 gün fasilelerle gelen qehveyi axıntı heyz sayılırmı?6)namazda oturuş qadınlar ve kişilerde eynidirmi?
Cavab:
Və aleykum Salam.
1. Bəli, Həmzə (Allah ondan razı olsun) Peyğəmbərin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) əmisi olmaqla yanaşı eyni zamanda onun süd qardaşı idi. Rəvayət edilir ki, İbn Abbas (Allah ondan razı olsun) demişdir: "Bir dəfə Peyğəmbərə (ona və ailəsinə Allahın salavatı və salamı olsun) dedilər: "Bəlkə Həmzənin qızını alasan?" O belə cavab verdi: "O mənə halal deyil, axı, o, mənim süd qardaşımın qızıdır!" (Səhih əl-Buxari, 5100; Səhih Muslim, 1447). Həmçinin oxuyun:
2. Səcdə halında dua etmək duanın qəbul olunması üçün çox münasib bir haldır. Lakin daim namazın sonuncu rükətini dua üçün xüsusiləşdirmək düzgün deyil. Alimlər demişlər: "Kim bir ibadəti müəyyən vaxta xüsusiləşdirərsə, artıq bidət (dində yenilik) etmiş olar". Namazın istənilən səcdəsində dua edə bilərsiniz. Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurur: "Bəndənin Rəbbinə ən yaxın vaxtı səcdə halında olur, (səcdədə) duanı çoxaldın". (Səhih Muslim, 782). Daha ətraflı:
3. Fərz namazlarında sonuncu təşəhhüddən sonra, salamlardan əvvəl dua etmək müstəhəbdir və duanın qəbul olan vaxtlarından biridir. Bu halda hədislərdə gələn duaları oxuya bilərsiniz. Daha ətraflı:
4. Dua edərkən əllərə baxmaq müstəhəbdir. Bu cavabları oxuyun:
5. Heyzdən əvvəl gələn qəhvəyi axıntılar hezdən sayılır. Həmçinin oxuyun:
6. Ümumiyyətlə namazın qılınma qaydası həm qadınlar, həm də kişilər üçün eynidir. Daha ətraflı: Kişi və qadınların namazı fərqlənirmi və namazda gözlər hara baxmalıdır?