Namaz qılıb ailələri dağıdan qadının namazı qəbul olunurmu?

    09.11.2021
Sual: 
Salam.Bir qadinin heyat yoldaşı ona xeyanet edirse qadin ne etmelidir?.Eyer qadin qargiş etse günahdir??sebr ede bilmek ücün ne etsin???2ci sualimda var..Bir qadin namaz qilir hicab geyir kerbalaya gedib oruc tutur evlidi 3 usagida var.amaaaa uzr isteyirem baska baska kişilernen aciq saciq paltarda telefonnan görüntülü danisir aileler dagidir gezmeylere gedir evinede cagirir ve zina eleyir.bu qadinin namazı orucu hicabi qebuldu???allahi ele salmaq deyil????
Cavab: 

Və aleykum Salam. 

1. Xəyanət edən istər kişi olsun, istər qadın olsun, bu əməlinə görə böyük günah qazanır və həyat yoldaşının haqqına girdiyi üçün Qiyamət günü qarşı tərəf öz haqqını ondan tələb edəcək. Siz ərinizi islah etməsi üçün Allaha çoxlu dua edin. Daha ətraflı:

Dualarım qəbul olmur, nə edim? 


2. Namaz qılaraq zina edən və başqalarının ailəsini dağıdan qadın tövbə edib haqqına girdiyi insanlardan halallıq almasa, ola bilər ki, Qiyamət günü qazandığı savabları haqqına girdiyi insanlara paylasın və ya zülm etdiyi insanların günahı ona yüklənsin. Daha ətraflı:  Qul haqqı barədə     

Namazın qəbul olub-olmamasını isə yalnız Allah bilir. Uca Allah buyurur: "Kitabdan sənə vəhy olu­nanları oxuyub namaz qıl. Hə­qi­qə­tən, na­maz çirkin və yara­maz işlərdən çəkindirir. Alla­hı yada sal­maq isə ibadətlərin ən əzə­mətlisidir. Allah nə etdik­lə­rinizi bilir" (əl-Ənkəbut, 45). Əbu Hureyra (Allah ondan razı olsun) demişdir: "Bir dəfə Peyğəmbərdən (Allahın ona salavatı və salamı olsun) soruşdular: "Ey Allahın Elçisi! Filankəs bütün gecəni namaz qılır, səhər açıldıqda isə oğurluq edir". O buyurdu: "Namaz bu söylədiyin günahdan onu çəkindirəcək" (İbn Hibban, 2551). Daha ətraflı: 

Paylaş: