Laqeyd qohumlarla əlaqə saxlamaq vacibdirmi?

    23.07.2021
Kimdən: 
Nara
Sual: 
Salam. Men ovladim dunyaya gelmeden dul qaldim, yoldashim rehmete getdi. Ovladim dogulanda xalam qizlari sebeb olmadan mene zeng vurmadilar, ovladimi gelib gormediler. Men xarici olkeye kocdum ve bir muddet sonra anam meni mecbur etdi ki onlarla danishim. Indi ele-bele danishiram, amma anam tez-tez menle dalashir ki onlarla tez-tez elaqe saxlayim. Amma men onlarla danishanda o gunlere qayidiram. Nece defe anamla bunun ustunde soz-sohbet olur. Bilmirem ne edim? Men artiq ozum ayaqlarim uste dura hec kime ehtiyacim yoxdu, amma lazimsiz soz-sohbetlere gore eseblerim cox gerilir ana terefimin qohumlarina gore
Cavab: 

Və aleykum Salam. Bu müsibətinizə görə Allahdan sizə səbir, yoldaşınıza isə rəhmət diləyirik! İslamda qohumluq əlaqələrini yaxşılaşdırmaq böyük savab, əlaqələri kəsmək isə böyük günahdır. Qohumlar hər nə qədər sizə qarşı laqeyd olsalar da, onlarla əlaqə saxlamağınız olduqca böyük savabdır. Müsəlman ömrünün uzanmasını, dualarının qəbul olmasını, ruzisinin artmasını istəyirsə, qohumluq əlaqələrinə xüsusi diqqət yetirməlidir. Sizə qarşı laqeyid olan qohumlarla tez-tez əlaqə saxlamaq sizin üzərinizdə vacib deyil, lakin əlaqələri tam kəsmək qadağandır. Daha ətraflı:

Teqlər: 
Paylaş: