İnsanların müxtəlif millətlərə ayrılmasının hikməti nədir?

    06.04.2021
Kimdən: 
Nicat
Sual: 
salam aleykum və rəhmətullah.mənim bəzi suallarım vardır. 1.Quran nə üçün ərəb dilində nazil edilib axı insanların hamısı ərəb dilində bilmir? 2.Biz insanlar necə olub ki müxtəlix millətlərə və dillərə görə ayrılmışıq?Birdə Adəm peyğəmbər hansı dildə danışıb və hansı millətə mənsub olub? 3.Incil və Tövrat hansı dildə olub? 4.cənabətli halda kişilərə Quran oxumaq olar?(kitabı ələ götürmədən telefondan yaxud da əzbərdən). 5.cənabətli olan insana nələr qadağandır? 6.gələcəkdə vahid dövlət və vahid hakim olması haqqında quranda hansısa ayə var? suallarımı cavablandırsanız məmnun olaram.təşəkkürlər.
Cavab: 

Va aleykum salam və rahmətullahi və bərakətuhu. 

1) Uca Allah Quranı Muhəmməd Peyğəmbərə (ona və ailəsinə Allahın salavatı və salamı olsun) nazil etmişdir. O, ərəb olduğu üçün Quran da ərəb dilində nazil olmuşdur. Uca Allah buyurur: "Biz hər bir elçini ancaq öz xalqının dilində danışan gön­dər­dik ki, haqqı on­lara bə­yan etsin". (İbrahim, 4). 
"Quran nə üçün ərəb dilində nazil edilmişdir?"- sualının cavabı isə budur: "Ərəb dili məna və ifadə baxımından, həmçinin söz ehtiyatı baxımından digər dillərdən daha zəngindir. Quran nazil olan dövrdə yaşayan xalqların dilləri və düşüncələri müəyyən dəyişikliyə məruz qalmışdı, bu xalqların düşüncələrinə bəzi yanlış fəlsəfi fikirlər daxil olmuşdu. Ərəblərin dilləri və düşüncələri isə qorunmuşdu. Uca Allah buyurur: "Həqiqətən, Biz onu ərəb­cə Quran olaraq nazil etdik ki, anlaya biləsiniz". (Yusuf, 2). İbn Kəsir bu ayənin təfsirində deyir: "Çünki ərəb dili ən dolğun mənalı, ən aydın, ən geniş, ürəkdə olanları ifadə etmək üçün ən gözəl dildir. Məhz buna görə də səmavi kitabların ən şərəflisi olan Quran ərəb dilində nazil edilmişdir”.
Həmçinin oxuyun: Quran bənzərsizdir!

2) Uca Allah millətləri və xalqları müxtəlif yaratmışdır ki, biri-birilərini yaxşı tanısınlar. Uca Allah bu xüsusda buyurur: "Ey insanlar! Biz sizi bir kişi və bir qadın­dan yaratdıq. Sonra bir-bi­ri­nizi tanıyası­nız deyə, si­zi xalqlara və qəbilələrə ayır­dıq. Şüb­hə­siz ki, Allah yanında ən hör­mətli olanınız Ondan ən çox qorxa­nı­nız­dır. Həqiqətən, Allah hər şeyi biləndir, hər şeydən xəbər­dardır". (əl-Hucurat, 13). Abdur-Rahmən əs-Sadi bu ayəni belə təfsir etmişdir: "Uca Allah bu ayədə xəbər verir ki, Adəmin bütün nəsilləri tək bir mən­şə­yə malikdirlər. Onların hamısı bir insan nəslinə mənsubdurlar və bir kişi və bir qadından – Adəm və Həvvadan törənmişlər. Sonra Uca Al­lah on­lardan çox sayda kişi və qadınlar yaratmış və onları yer üzün­də yer­ləşdirərək, çoxsaylı xalqlara və azsaylı qəbilələrə çe­vir­miş­dir ki, on­lar bir-birilərini tanısınlar. Bunun sayəsində insanlar bir-bi­ri­lə­rindən çoxlu ye­nilik­lər öyrənir, bir-birilərinə kö­mək edir, bir-birilərindən onlara əvvəl məlum olmayan şeyləri mə­­nim­sə­­yir­lər. Bundan başqa, onlar qohumluq münasibətləri ya­ra­dır, şad­lıq və fəlakət anlarında bir-birilərini mü­da­fiə edirlər. On­lar tən­ha­lıqda yaşasaydılar bu yardımlaşma mümkün olmazdı, la­kin Al­lah onlara rəhm edərək, onları xalqlar və qəbilələr toplusu ha­lına gə­ti­rmişdir ki, onlar birgə yaşayaraq, mehriban qohum­luq mü­na­si­bətləri sax­lasınlar".

Adəmin hansı dildə danışdığına dair dinimizdə heç bir məlumat yoxdur, lakin əksər alimlər qeyd etmişlər ki, Adəm bütün dillərin əsasını, kökünü təşkil edən bir dildə danışmışdır. Həmçinin oxuyun: Adəmin yaradılması

3) Tövrata gəlincə, o, ibrani dilində nazil olmuşdur. İncilin dilinə gəlincə isə, bu barədə dinimizdə bir məlumat yoxdur. Belə ki, İsanın ətrafında yaşayan insanlar müxtəlif dillərdə danışırdılar. Biz müsəlmanların üzərinə düşən, Tövrat və İncilin Allah kəlamı olmasına ümumi şəkildə iman gətirməkdir. Ətraflı oxuyun:

Tövrat və İncil təhrif olunmuşdur

4) Həm kişilərə, həm də qadınlara cənabət halında Quran oxumaq olmaz. İstər kitabdan olsun, istər telefondan, istərsə də əzbərdən. Həmçinin oxuyun: Quran kitabını oxuyarkən dəstəmaz almalıyıqmı?

5) Qüslu olmayan insana qüsl alana qədər aşağıdakı beş əməli etmək qadağandır:

  1. Namaz qılmaq;
  2. Quran oxumaq;
  3.  Qurana toxunmaq;
  4.  Kəbəni təvaf etmək;
  5. Məscidə girmək, yalnız yolüstü keçən istisnadır.
6) Quranda belə bir ayənin olması barədə məlumatımız yoxdur.
Paylaş: