Namaz qılmayan insan bayram namazı qıla bilərmi?
Va aleykum Salam.
1) Namaz qılmayan bir insanı namaza dəvət etmək üçün ilk növbədə ona Allaha ibadətin və namazın vacibliyini izah edin. Bildirin ki, Uca Allah məxluqatı məhz Ona ibadət etmək üçün yaradıb. Uca Allah buyurur: "Mən cinləri və insanları ancaq Mənə ibadət etmək üçün yaratdım” (əz-Zəriyət, 56). Daha sonra namaz qılmağa mane olan şübhələri aradan qaldırmağa çalışın. Daha ətraflı:
Namaz qılmayan Cənnətə girə bilərmi?
Bir insanı namaza dəvət etmək üçün nədən başlamaq lazımdır?
Namaza başlamağa mane olan şübhələr...
2) Bir insan davamiyyətli namaz qılmasa belə, bayram namazı qıla bilər. Lakin, bilmək lazımdır ki, bayram namazı sünnədir (müstəhəbdir), gündəlik namazlar isə vacibdir. Odur ki, tövbə edib ilk növbədə Allahın vacib buyurduğu əməlləri yerinə yetirmək lazımdır. Həmçinin oxuyun: