Cunub olduğuma görə Sübh namazını qıla bilmədim, bu günahdırmı?

    04.02.2021
Sual: 
Salam. Bir sualm var. Mən yuxuda boşalram sübh Namaznı qıla bilmədim günah oldumu mənə. Sağolun
Cavab: 

Va aleykum Salam. Yuxuda qeyri-ixtiyari olaraq cənabət halına düşmək günah sayılmır, lakin yuxudan duran kimi qüsl alıb namazı qılmaq lazımdır. Əgər qüsl almaq üçün su olmasa və ya xəstə olsanız, təyəmmüm alıb namazı qılmalısınız. Yuxudan oyandıqdan sonra namazın vaxtının çıxmasına az qalmış olsa və qüsl aldığınız təqdirdə namazın vaxtı çıxmış olsa belə qüsl alıb Sübh namazını qılmalısınız. Bu vəziyyətdə Sübh namazını gecikdirdiyinizə görə sizə günah yazılmır. Daha ətraflı: 

Teqlər: 
Paylaş: