Valideynin evdə içki içməsi övladların namazına təsir edirmi?

    19.06.2021
Sual: 
Salam Aleykum.Size 4 sualim var.Birincisi valideyinim evde içki içir qardasimla men ise namaz qiliriq.Bunun namazimiza bir tesiri varmi?Ikinci sualim vitr namazini 2 insan eyni yerde yan yana qila bilermi yoxsa ayrica qilinmalidir?Ucuncu men saqqalimi aparatla qirxiram.Olmaz bilirem ama heleki seliqesiz gorsenir.Zamani gelende saqqalim gur olanda saxliyacam.Bu niyyetle yeni seliqeli gorsenmek,saqqali qirxmqqda bir qebahet yoxdurki?Ve son sualim bir nefer namazi qilmaq istese(43 yasi var) ancaq ne etsede sozleri ezberliye bilmese.Sadece hereketleri yerine yetirib sozleri demese dogru olarmi? Onceden Allah razi olsun.
Cavab: 

Va aleykum Salam.

1. Valideynin içki içməsinin sizin ibadətinizə heç bir təsiri yoxdur. Uca Allah buyurur: "Hər kəsin qazandığı gü­­nah yalnız öz əley­hinədir" (əl-Ənam, 164). Sizin üzərinizə düşən ona gözəl şəkildə içkinin haram olmasını bildirmək və onu Allahın yoluna dəvət etməkdir. Həmçinin oxuyun: Valideyni günah edənin namazı qəbul olurmu?


2. Vitr namazını həm camaat şəklində, həm də tək qılmaq olar. Daha ətraflı: 

Vitr namazı necə qılınır?

Vitr namazını camaatla qılmaq olarmı?


3. Bu cavabı oxuyun: Şəriətə görə saqqal saxlamaq vacibdirmi? 


4. Sözlərini demədən, yalnız hərəkətlərini etməklə qılınan namaz sayılmır. Namazın sözlərini əzbərləməkdə çətinlik çəkən insan, bir müddət, yəni sözləri əzbərləyənə qədər namaz sözləri yazılmış kağızı əlində tutub namazın sözlərini üzündən oxuyaraq namaz qıla bilər. 

Paylaş: