Rükuda belini düz tuta bilməyənin namazı doğrudurmu?

    11.11.2021
Kimdən: 
Niii
Sual: 
Salam Aleykum. Ən pis oğru namazından oğurluq edəndir". Səhabələr soruşdular: "Ey Allahın Elçisi, insan namazından necə oğurluq edər?" Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) dedi: "Rükusunu və səcdəsini tam yerinə yetirməməklə". və ya: "Rükuda və səcdədə belini düz tutmamaqla". (İmam Əhməd, 5/310; əl-Hakim, 1/229).Mən bu hədisi sizin saytda görmüşdüm mənim rükuda belim tam bükülmür əlim dizimə çatır amma belim tam bükülə bilmir nə qədər də cəhd etsəm belim yenədə tam.bükülə bilmir indi mən günah işlədirəm? 2Məhəmməd peyğəmbərdən məndən sonra nəql edilənlər yalandır hədisi var? Yəni hədislər yalandır?3Məhəmməd peyğəmbər dünyəvi elmlər öyrənmək haqqında nəsə deyib?
Cavab: 
Və aleykum Salam.
1) Sualda qeyd etdiyiniz hədisdə namazda fikrin yayınması, rüku və səcdədən tez qalxmaqla onları tam şəkildə yerinə yetirməmək nəzərdə tutulur. Çünki namazın şərtlərindən biri də, əzalar tam yerinə oturmayana qədər rüku və səcdədən qaxmamaqdır. Rükunun doğru sayılması üçün əsas olan əllərin dizə çatmasıdır. Əgər rüku edərkən əlləriniz dizinizə çatırsa, demək ki rükunu doğru edirsiniz. Rükuda belin düz olması vacib deyil. Uca Allah buyurur: "...Allahdan bacardığınız qədər qorxun...". (ət Təğabun, 16). "...Allah heç kəsi gücündən artıq yükləməz...". (əl-Bəqərə, 286). Allah köməyiniz olsun! Həmçinin oxuyun: Rükuda tam əyilməyərək əvvəllər qıldığım namazlar batildirmi?

2) Muhəmməd Peyğəmbərin (Allahın ona və ailəsinə Asalavatı və salamı olsun): "Məndən sonra nəql edilənlər yalandır"- dediyi bir hədis yoxdur. Əksinə, Peyğəmbərimiz (Allahın ona və ailəsinə Asalavatı və salamı olsun) ondan nəql olunan hədislərə inanmayanları əzabla təhdid etmişdir. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) demişdir: "Bilin və agah olun ki, mənə Quran ilə birlikdə (onun bir) bənzəri verilmişdir. Diqqətli olun, taxtına söykənmiş tox bir adamın sizə: "Tək Qurandan yapışın, onda tapdığınız halalı halal, haramı isə haram qəbul edin" deyəcəyi gündən ehtiyat edin...". (Əbu Davud, 4606, İmam Əhməd, 17306). Həmçinin Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) onun hədislərini təbliğ etməyə sövq edərək demişdir: "Bizdən bir hədis eşidib onu olduğu kimi çatdıranın Allah üzünü ağ etsin! Ola bilsin ki, onu eşidən çatdırandan daha anlayışlı ol­sun!" (ət-Tirmizi, 2657). 
Hədislərə inanmaq Qurani Kərimə inanmaq kimi vacibdir, çünki hədislər Quranı izah edir, orada müxtəsər yazılan hökmləri açıqlayır, həmçinin orada olmayan mövzulara toxunur. Yalnız Qurana inanıb hədisləri inkar etmək dində azmağa gətirib çıxarır. Həmçinin oxuyun:


3) Peyğəmbərimiz (Allahın ona və ailəsinə Asalavatı və salamı olsun) ümmətini ümumən elm almağa rəğbətləndirmiş və elm öyrənməyin Allah qatında böyük savab olduğunu bildirmişdir. Bu, həm insanlara fayda verən dünyəvi elmlərə, həm də dini elmlərə aiddir. Ətraflı oxuyun:

Teqlər: 
Paylaş: