İcazəsiz istifadə edilən əşyaya görə halallıq alınmalıdırmı?
Sual:
Salam aleykum. 1)Bir nefer var kiminse eşyasına icazesiz toxunub istifade edib (Meselen:etir) Hemin insan açıb demeye utanır, söz söhbet yaranar deye. Bunun üçün neynemelidir? 2) Esebleşib uşaqı döymek günahdırmı halallıq lazımdır bu barede? 3)Sosial şebekede tanış olduğun insana kimliyini bildirmemek üçün ad, yaşvə.s bu haqqda yalan danışmaq haqqa girmekmi sayılır? Eks teqdirde Ne etmelidir? 4)Başqalarının şekillerinden istifade edib tanış olmaq haqqun-nas sayılır? Halallıq mütleqdir? 5)Haqqun-nasa neler aiddir? 6)Allah bağışladığı günahlara göre Qiyametde hesab sorarmı?
Cavab:
Va aleykum Salam.
1) Dinimiz icazəsiz başqasının əşyasından istifadə etməyi qadağan edir və buna görə tövbə edib əşyanın sahibindən mütləq halallıq almaq lazımdır. Əgər istifadə etdiyiniz əşyaya görə halallıq almaq ciddi mübahisəyə və ya əlaqələrin kəsilməsinə gətirib çıxararsa, bu halda istifadə etdiyiniz əşyanın eynisini ona hədiyyə edin. Həmçinin oxuyun: Halallıq nə zaman alınır?
2) Bu cavabı oxuyun: Uşağı dəcəllik etdiyinə görə vurmaq günahdır?
3) Əvvəla bunu qeyd edək ki, sosial şəbəkələrdə naməhrəm insanlarla tanış olmaq və yazışmaq qadağandır. Bu barədə ətraflı oxuyun:
4) Bu cavabı oxuyun: Başqasının profil şəklini götürmək olarmı?
5) Haqqun-nas sözünün mənası "insanların haqqı" deməkdir. Bu barədə ətraflı oxuyun: Qul haqqı barədə
6) Qiyamət günü insan, bu dünyada səmimi tövbə etdiyi və Uca Allahın ona bağışladığı günahlara görə sorğu-sual olunmayacaq. Əksinə, Uca Allah onun əvvəl etdiyi günahları savab əməllərlə əvəz edər. Uca Allah buyurur: "Ancaq tövbə edib iman gətirən və saleh əməllər edənlərdən başqa. Allah onların pis əməllərini yaxşı əməllərlə əvəz edər. Allah Bağışlayandır, Rəhmlidir! Kim tövbə edib yaxşı iş görərsə, o, doğrudan da Allaha tərəf qayıtmış olar" (əl-Furqan, 70-71). Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: "Peşmançılıq tövbədir. Günahdan tövbə edən, günah etməyən kimidir". (ət-Tabərani “Mucəmul-Kəbir” 10128). Həmçinin oxuyun: Tövbə etsəm, Allah məni bağışlayarmı?