Qəza namazlarım çoxdur, bu namazlar qılınmalıdırmı?

    15.11.2021
Kimdən: 
Murad
Sual: 
Salam namaz qezam var çoxdu qıla bilmirəm tövbe elesem olar?
Cavab: 

Va aleykum Salam. Səbəbsiz yerə səhlənkarlıq üzündən buraxılan namazlara görə tövbə etmək lazımdır, bu namazlar qəza edilmir. Yalnız unutmaq və ya yatıb qalmaq kimi üzrlü səbəbdən buraxılan namazları dərhal, yəni xatırlayan kimi və ya oyanan kimi qəza etmək olur. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) buyurur: "Kim bir namazı unudar, yaxud yatıb qalarsa onun kəffarəsi yadına düşən kimi namazı qılmaqdır". (Səhih Muslim, 684). Üzrsüz səbəbdən namazın vaxtını keçirən böyük günah qazanır, həm də bu namazı itirmiş sayılır. Ətraflı oxuyun:

Keçmiş illərin qəza namazlarını qılmaq və digər suallar
Qəza namazları neçə rükət və nə vaxt qılınır?

Hansı hallarda namazları qəzaya saxlamaq olar?

Teqlər: 
Paylaş: