Namaz qılarkən insanın özündən asılı olmayaraq hərəkətlər etməsi nədəndir?
Sual:
Salam aleykum. Namaz qılanda hərdən özümdən asılı olmayan hərəkətlər olur, elə bil kimsə vururmu, itələyirmi, elə bil nəsə dəyir, o zərbəni hiss etmirəm, amma mənim hər hansısa bədən üzvüm tərpənir. Bu yalnız namazda olur. Nə ola bilər?
Cavab:
Va aleykum Salam. Belə bir halın yaranmasının səbəbi şeytanın vəsvəsəsi ola bilər. Odur ki, şeytandan Allaha sığınıb namazınıza davam edin. Bu hal sizdən asılı olmayan bir səbəbdən yarandığı üçün namazınıza xələl gətirmir və buna görə sizə günah yazılmır. Quran səsli oxunuşuna qulaq asmanız da yaxşı olar. Həmçinin oxuyun: