Qadın ərini yatağa çağırarsa və ər imtina edərsə, ər buna görə günah qazanırmı?
Va aleykum Salam.
1) Kişinin qadın üzərində olan haqlarından biri də budur ki, kişi onu yatağına çağırdıqda ona imtina etməməlidir. Əgər imtina edərsə və əri ondan narazı gecələyərsə böyük günah qazanmış olar. Lakin əgər əri onunla razılaşırsa bu halda qadına günah yazılmır. Həmçinin, qadının kişi üzərində olan haqlarından biri də budur ki, kişi öz zövcəsinin cinsi tələbatını ödəməlidir. Əgər qadın ərini yatağa çağırarsa və kişi heç bir ciddi səbəb olmadan imtina edərsə buna görə günah qazanmış olar. Bu barədə ətraflı oxuyun:
Kişi öz qadınını yatağına dəvət etdikdə qadını imtina edə bilərmi?
2) Bəli, əgər gecə qüsl etmək sağlamlığa ziyan olarsa, bu halda qüslü münasib vaxta gecikdirib əvəzində təyəmmüm etmək olar. Ətraflı oxuyun:
Hansı hallarda təyəmmüm etmək olar və onu pozan şərtlər hansılardır?
Təyəmmüm qüslu əvəz edirmi?
3) Qaşa aid olan heç bir tükü götürmək olmaz. Ətraflı oxuyun: