Xəstəxanada xəstədən sənədə görə pul almaq icazəlidirmi?

    09.07.2023
Kimdən: 
,
Sual: 
Salam Aleykum . ALLAH SİZDEN RAZİ OLSUN BİLMEDİYİMİZ ŞEYLERİ BİZE ÖYREDİRSİZ.MENİM 2 SUALİM VAR . 1) MEN XESTEXANADA İŞLEYİREM İŞLEDİYİM YERDE HEKİM SENEDE GÖRE XESTEDEN PUL ALMAMİZİ İSTEYİR . BU GÜNAHDİRMİ? HARAM PUL SAYİLİRMİ ? ÖZÜ XESTEYE DEMİR BİZE DEYİR Kİ AL 2 ) XESTEXANADA ÜZR İSTEYİREM ABORT OLUNAN YERDE İŞLEMEK GÜNAHDİRMİ? VE YA İŞLEDİKDE HEKİM TİBB BACİSİNA PUL VERENDE HARAM SAYİLİRMİ? CAVABİ DEQİQ İZAH EDE BİLERSİZMİ.
Cavab: 

-Va aleykum Salam.

1) Əgər qanunla sənədə görə pul almaq nəzərdə tutulmayıbsa, xəstədən sənədə görə pul almaq haram sayılır və bu, insanların malını haqsız yerə yemək sayılır. Uca Allah bu xüsusda buyurur: "Ey iman gətirənlər! Qar­şı­lıqlı ra­zılıqla aparılan ticarət is­tis­na olmaqla, mal­larınızı öz ara­nız­da haqsız yerə ye­məyin və özü­nüzü öldürməyin. Hə­qiqə­tən, Allah sizə qarşı rəhm­lidir. Kim düş­mən­­çi­lik və zülm etməklə bu işləri görər­sə, Biz onu atəşə giriftar edərik. Bu, Allah üçün asan­dır" (ən-Nisa, 29-30). Bu işdə rəhbərliyə itaət etmək olmaz. Həmçinin oxuyun:


2) Uşaq inkişafdan dayananda, hamilə qalmaq qadının həyatı üçün təhlükəli olduqda və s. Belə hallarda abort etmək icazəlidir. Qalan hallarda isə abort etmək haram sayılır. Ona görə də əgər abort şöbəsində işləyən həkim icazə verilən hallarda abort edirsə, buna görə günah qazanmır. Əks halda günah qazanır. Amma həkimin tibb bacısına pul verməsi xəstəxanın qaydalarından kənara çıxırsa, bunu etmək düzgün deyil. Həmçinin oxuyun:

Həkimlər uşağın xəstə doğulacağını deyərsə, abort etdirmək olarmı?

Xəstəlik səbəbindən hamiləliyə son qoymaq günahdırmı?

Teqlər: 
Paylaş: