Qadından gələn axıntılar qüslü pozurmu?
Sual:
Salam önceden sualima göre üzr isteyirem. Qadından heç bir şehvet hissi olmadan axıntı gelir ama paltarda heçbir yaşlıq olmur ve bir günde bir neçe defe qüsl alır qüsl aldıqdan sonra yene axıntı gelerse ve artıq su ona zerer vererse ne etmelidi ?bes şehvetle nese gelse ama paltarda yaşlıq olmasa qüsl almaq vacibmi?
Cavab:
Va aleykum Salam. Əvvəla bunu bilmək lazımdır ki, qadından gələn hər axıntıya görə qüsl almaq vacib deyil. Yalnız şəhvət hissi ilə gələn və qadının ehtirasını bitirən çox miqdarda axıntı qüslü pozur. Qadının belə axıntıdan sonra qüsl alması vacibdir. Şəhvət hissi olmadan və ya müəyyən hislər nəticəsində gələn lakin az miqdarda olan axıntılar isə qüslü pozmur. Belə axıntılardan sonra sadəcə yuyunmaq və dəstəmaz almaq kifayətdir. Əgər şəhvət hissi olubsa lakin axıntı gəlməyibsə, belə hallarda qüsl almağa ehtiyac yoxdur. Ətraflı oxuyun: