Cənnətin və Cəhənnəmin neçə təbəqəsi var?
Və aleykum Salam.
1) Cənnətin yuxarıya qalxan dərəcələri olduğu kimi Cəhənnəmin də aşağıya doğru gedən təbəqələri vardır. Lakin bu dərəcələrin və təbəqələrin sayı barədə bir məlumat gəlməmişdir. Bir hədisdə rəvayət edilir ki, (bir dəfə) Harisə ibn Suraqənin anası Ummu Rubeyyi bint əl-Bəra Peyğəmbərin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) yanına gəlib dedi: "Ey Allahın peyğəmbəri, sən mənə Harisə barəsində xəbər verməyəcəksənmi?" – Harisə Bədr döyüşündə naməlum istiqamətdən atılmış bir oxla vurulub öldürülmüşdü. – Əgər o, Cənnətdədirsə, səbir edəcəyəm. Yox əgər ora düşməyibsə, onun üçün acı-acı ağlayacağam”. Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) dedi: "Ey Ummu Harisə! Həqiqətən, Cənnətdə bağlar (dərəcələr) vardır və həqiqətən, sənin oğlun ən yüksək Firdovs cənnətinə düşmüşdür” (əl-Buxari, 2809). Bir çox alimlər bildirmişlər ki, Cənnətin dərəcələrinin sayı Quran ayələrinin sayı qədərdir. Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: "Oxu və (məqamca Cənnətin dərəcələrinə) yüksəl, bu dünyada tərtil (ağır-ağır) ilə oxuduğun kimi oxu, çünki sənin (Cənnətdə) dərəcən oxuduğun son ayəyə görə müəyyən olunacaqdır". (Əbu Davud, 1464).
Həmçinin Cəhənnəmin də aşağıya doğru gedən təbəqələri vardır. Ən aşağı təbəqədə münafiqlər olacaqlar. Uca Allah buyurur: "Şübhəsiz ki, münafiqlər Cəhənnəmin ən alt təbəqəsində olacaqlar. Sən onlar üçün heç bir yardımçı tapa bilməzsən" (ən-Nisa, 145). Ətraflı bu cavabları oxuyun: