Vitr namazını qılıb yatan şəxs gecə namazından sonra yenidən vitr qılırmı?
Və aleykum Salam.
1) İşa namazından əvvəl daimi qılınan ratibə sünnət namazı yoxdur. Lakin bəzən İşadan əvvəl sünnət namazı qılmaq icazəlidir. Necə ki hər azan iqamə arası iki rükət qılmaq icazəlidir. Abdullah ibn Müğəffəl əl-Müzəni (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) üç dəfə dedi: “Hər iki azan arasında namaz vardır”, (sonra da əlavə etdi): “(Bunu) istəyənlər üçün”. Digər rəvayətdə deyilir ki, (Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun): “Hər iki azan arasında namaz vardır, hər iki azan arasında namaz vardır”– demiş və üçüncü dəfə: “(Bunu) istəyənlər üçün”- deyə əlavə etmişdir. (əl-Buxari, 627). İşa namazından əvvəl dörd rükət namaz qılmaq barədə hədisin olduğunu bilmirik. Ətraflı oxuyun:
3) Natəmiz yerlər (ayaqyolu, hamam) istisna olmaqla zikri istənilən vəziyyətdə etmək olar. Zikrin sayına gəlincə, bəzi zikrlər müəyyən vaxtda və sayda buyururlub. Bu zikrləri qeyd edilən vaxtlarda və saylarda etmək lazımdır. Məsələn: fərz namazlarından sonra 33 dəfə "subhənəllah", 33 dəfə "əlhəmdulilləh", 33 dəfə "Allahu Əkbər", 1 dəfə "Lə iləhə illəllah vəhdəhu lə şərikə ləhu, ləhul mulku və ləhul həmdu və huva alə kulli şeyin qadir" demək kimi. Bəzi zikrlər isə günün istənilən vaxtında və istənilən sayda demək olar. Məsələn, gün ərzində istənilən qədər "Lə iləhə İlləllah", "Subhənəllahi və Bihəmdihi", "Subhənəllahil-Azim" və s. bu kimi zikrləri demək olar. Ətraflı oxuyun:
Müsəlmanın qalası (dua və zikrlər) kitabçası