Ayətul-Kürsünü suya oxuyub içmək icazəlidirmi?
Sual:
Salam Aleykum. Zöhr namazindan evvel qilinan sünnet 4 rüketi ayri ayri 2 rüket mi qilinir yoxsa ele tam 4 rüketmi ? Esr namazindan evvel qilinan nafile namazda hemçinin 4 rüketdi onu da ayri ayri 2 rüket qiliriq yoxsa tam şekilde ? Bele bir şey soruşum hicab geyinmek isteyen qadina ve ya başqa ibadet olsun namazdi qarşisini alan mane yaradan kese haqsizliq edene Allah qezeblenirmi ? Teze hicaba keçen birine şeytan vesvese verirmi?heyz müddetinin meselen 6 7 gün olan qadin 8 ci günde qan görse oda heyz qanidirmi ? Heyzli qadin Ayetel kürsi İxlas Feleq Nas Fatihe ve qurandan bir çox süreni ezber bilirse oxuya bilermi ezberden? Ayetel kürsini suya oxuyub içmek olar?
Cavab:
Və aleykum Salam.
1) Həm gündüz, həm də gecə qılınan nafilə namazlar iki-iki qılınır. Sünnə namazları dörd rükət olaraq qılmaq icazəli deyil. Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) bu xüsusda belə demişdir: "Gecə və gündüz qılınan nafilə namazları iki rükət-iki rükət qılınır". (ət-Tirmizi, 597; Əbu Davud, 1295). İbn Ömərdən (Allah ondan razı olsun) Peyğəmbərin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) "iki rükət-iki rükət qılınır" cümləsinin açıqlamasını soruşduqda, o belə demişdir: "Hər iki rükətdən sonra salam verir".
2) Uca Allahın əmrlərini yerinə yetirmək istəyən adama mane olmaq böyük günahdır və bunu edən insana Uca Allahın qəzəbi tutar. Vəsvəsələrə isə fikir vermək lazım deyil. Ətraflı oxuyun:
3) Bu cavabı oxuyun:
4) Heyz müddəti 6-7 gün olan qadın 8-ci gün qan görərsə, bu qanın əlamətlərinə baxmalıdır. Əgər əlamətləri heyz qanının əlamətləridirsə, həmin qan heyzdən sayılır. Əgər heyz əlaməti yoxdursa, bu qana fikir vermir, qüsl alıb namazlarını qılır. Ətraflı oxuyun:
5) Heyzli qadın Qurana toxuna bilməz, lakin əzbərdə istənilən surəni və ayəni oxuya bilər. Ətraflı oxuyun:
6) Ayətul-Kürsünü suya oxuyub içmək icazəlidir. Ətraflı oxuyun: