Bir neçə suala cavab
Sual:
Assalamu aleykum necesiz qardaslar Allah subhane ve teale elmivizi artirsin.Sualim beledir.1)Eger bir xanim yeni namaza baslayirsa ve onun yoldasi icendise o destamazli olduqu halda ickili yoldasi onu opse destamaz pozulur?2)ve yaxud ickili halda yaxinliq elemey istese qadina gunah yazilir qadin ona icaze vermeye biler yoxsa gunahdir?3)ve bele bir soz ewitmisem ki yeni dunaya gelen korpenin qulaqina azan ve iqame oxunur bu duzdur eger oxunursa saqa azan sola iqmedir yoxsa nece?4)Yeni uwaq dunya gelende oqlandisa 2 qoyun qizdisa bir qoyun kesilmelidir yoxsa nece?5)Seher ve axsam zikirleri subhanAllah Elhemdullileh Allahu Ekber Le ilahe Illallah bu zikirleri gunorta ve her saat ede bileremmi yoxsa ancaq seher axsam? onceden twk edirem men namaza yeni baslamisam isteyerdimki meni bu barede etrafli melumatlandirasiniz.cox xais edirem etrafli cavab vererdiz butun suallara Allah razi olsun.
Cavab:
Aleykum salam.
1) Qeyd etdiyiniz hal baş verərsə, dəstəmaz pozulmur.
2) Həmçinin, içkili halda ər öz arvadından cinsi əlaqədə olmağı tələb edərsə, onlar yaxınlıq edə bilərlər və əlaqəyə görə inşallah qadına günah yazılmaz.
3) Yeni doğulmuş körpənin qulağına azan və iqamə oxumaq səhih hədislərdə öz təsdiqini tapmamışdır. Bu haqda olan hədislər səhih deyildir.
4) Əgər imkan varsa, qız uşağına bir, oğlan uşağına isə 2 baş qoyun qurban kəsmək yaxşıdır. İslamda buna əqiq qurbanı deyilir.
5) Qeyd etdiyiniz bu zikrlər əsasən hər fərz namazından sonra edilən zikrlərdir. Səhər və axşam zikrləri və Salam verib namazı bitirdikdən sonra edilən zikrlər haqqında daha ətraflı və izahlı bu linklərdən oxuyun.